Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən kövrəldi - Video
Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Bakıda keçirilən mətbuat konfransında təsirli anlar yaşanıb.
"Qafqazinfo" xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə bağlı xatirəsini danışarkən kövrəlib:
"Təlimdə qarşılaşıb duyğulu anlar yaşadığımız bir baş leytenant var - Valeh Məmiyev. Təlim vaxtı ona dedim ki, bu təlimlər önəmlidir və sizin uğurunuzdur. Amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir demişdim. Həmin baş leytenantın yaralanması və xəstəxanada "verdiyim sözü tutdum" deməsi çox böyük bir xatirə idi bizim üçün".
Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il türk-azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda Hulusi Akar tərəfindən fərqlənmə ilə təltif edilib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, "mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun".
V.Məmiyev "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1961 Tarix: 09 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabr