Ərinin yasında ustaya göz-qaş etdi, sevgilisi öldürüldü: "Allah rəhmət eləsin, aşkım" yazmışdı

Ərinin yasında ustaya göz-qaş etdi, sevgilisi öldürüldü: "Allah rəhmət eləsin, aşkım" yazmışdıBu ilin iyulun 12-də Bakıda yas yerində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az məhkəmə istintaqının materiallarına əsasən, cinayətin motivlərini təqdim edir.

Hər şey ondan başlayır ki....

Bəhrəm Mehrəliyev 2020-ci ilin iyul ayında öldükdən (onun koronavirusdan öldüyü bildirilir) sonra ailəsi el adəti ilə onun yasını saxlayır.

Mərhumun arvadı Mədinə (şərtidir) ərinin ili çıxmamış yaşadığı evi təmir etdirmək qərarına gəlir, Elnar Qədimov ad- soyadlı usta tapır və usta həmin evdə təmir işlərinə başlayır.

Ancaq bu ev təmiri sonradan "çox su aparan xəmirə" çevrilərək bir cinayətin təməl daşını qoyan hadisəyə çevrilir.

Söhbət ondan gedir ki, mərhum Bəhrəm Mehrəliyevin qardaşı oğlu Bəhruz Mehrəliyev Mədinədən şübhələnir. Bu mənada ki, onun Elnarla münasibəti olması barədə düşüncələr beyninə hakim olur.

Mədinə isə bu müddətdə Elnarı Bəhruza taksi sürücüsü və usta kimi təqdim edir. Ancaq şübhələr Bəhruzun beynindən çıxmır, o, sonradan Mədinənin Elnarla telefon danışıqlarına qulaq şahidi olur.

Bundan sonra əmisi arvadı ilə Elnarın arasında münasibətlərin çox yaxın olduğuna əmin olur. O, əminliyini artırmağa səbəbiyyət verən bir mənzərəni də gözləri ilə görür. Belə ki, o, əmisi arvadını izləyərək onun dəniz kənarında Elnarla görüşdüyünün şahidi olur.

Bəhruz bundan sonra sakit dayanmır, o, bu münasibətə son vermələri barədə Elnara xəbərdarlıqlar edir.

Elnar isə Bəhruza "sən hələ uşaqsan" deyərək onu başından edir.

Biz istintaq zamanı Elnarla Mədinə arasında olan yazışmaların aşkara çıxarıldığını nəzərə alaraq deyə bilərik ki, bəli, həqiqətən də onlar arasında münasibətlər Bəhruzun dediyi kimi olub. Bunu istintaq da aşağıdakı detallarla sübuta yetirib

Həmin detalları ixtisarla təqdim edirik:

1. Elnar Mədinənin adını telefonuna "Fayton" adı ilə yazıb,

2. Onların bir-birlərinə yazışmaları üzə çıxarılıb. Elnar Mədinəyə müxtəlif vaxtlarda "ölmüş nətərsən", "Aşkım", "Həyatım", "Bir tanem" tipli mesajlar yazıb. Mədinə isə ona uyğun cavablar verib,

3. Elnarın da, Mədinənin də telefonlarına baxış zamanı onların telefonlarının "Qalereya" bölməsində ikisinin çəkdirdikləri fotolar üzə çıxarılıb.

İstintaq materiallarında ikili münasibətlərin xarakterinə dair başqa detallar da var, lakin biz onların hamısının bu yazıda sözbəsöz yazmağa lüzum görmürük.

Qeyd olunanlar sonuncuların yaxın münasibətdə olmasına dəlalət edir.

Cinayət anı

Bəhruzgil əmisinin il mərasimi keçirərkən ora Elnar da gəlir. Bu, Bəhruzun heysiyyətinə toxunur. Elnara yaxınlaşaraq onun niyə yas məclisinə gəldiyini soruşur, Elnar isə Bəhruzun əmisi arvadını sevdiyini ona bildirir.

Elnar yas verilən yerdə əyləşir, açığı Bəhruz burada dirəniş göstərmir. Ancaq Bəhruz ifadəsində göstərib ki, Elnar hüzr məclisində də sakit durmayaraq əmisi arvadına göz-qaş edib.

Hirslənən Bəhruz yatdığı otağa gedərək oradakı turist bıçağını götürüb hazır vəziyyətə gətirdikdən sonra şalvarının bel nahiyəsinə qoyur.

Elnar Qədimovun əyləşdiyi masaya yaxınlaşaraq sonuncunu qisas niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləyir. Cinayətkar niyyətini həyata keçirməyə maneçilik törədə biləcək hər hansı kənar təsirin olmadığına əmin olduqdan sonra sağ əli ilə əvvəlcədən hazırlayıb şalvarının bel nahiyəsinə qoyduğu bıçağı çıxararaq həmin vaxt taxta skamyada oturmuş Elnar Qədimovun boğazına bir dəfə bıçaqla vurmaqla sonuncunu öldürür.

Elnarın yaxınları isə məhkəmə ifadələrində məsələnin fərqli olduğunu deyiblər. Onlar qeyd edib ki, Mədinəgilin Elnara 5000 manata qədər borcu olub, Elnar da hüzr məclisinə həmin pulu almaq üçün gedibmiş... Lakin bu qeyd edilənlər sübuta yetirilməyib.

Bəhruz Mehrəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək doqquz il müddətinə azadlıqdan məhrum edib.

Mətnin sonunda Elnarın Mədinə ilə yazışmasından bir hissəni də qeyd edəcəyik. Elnar Mədinənin ərinin ildönümündə ona belə bir mesaj yazıbmış: "Allah rəhmət eləsin, aşkım"...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5675   Tarix: 09 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Əmlak bazarında qiymətləri kim müəyyən edir: Tikinti şirkətləri, maklerlər, yoxsa alıcılar?

Əmlak bazarında mənzil qiymətlərinin formalaşmasında tikinti şirkətlərinin satış siyasəti, maklerlərin təklifləri və alıcıların real tələbi müxtəlif səviyyələrdə rol oynayır. Bəzi hallarda elanlarda göstərilən qiymətlərlə mənzillərin faktiki satış qiymətləri arasında fərq yaranır. Bu isə bazarda qiymətləri

11 noyabr
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

10 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr