Müəllimi üçün axıtdığı göz yaşları ilə məşhurlaşan "küçə uşağı"... - FOTO
Dieqo Frazao 1997-ci ildə Braziliyanın Rio şəhəri yaxınlığında anadan olub. Çox kasıb ailədə dünyaya gələn uşaq 4 yaşında ikən meningit olub, ağır sətəlcəm xəstəliyindən sağalıb, xəstəlikləri səbəbindən ciddi yaddaş problemləri yaşayıb. Daha da dəhşətlisi Dieqo Braziliyada milyonlarla uşaq kimi küçələrdə böyüyürdü...
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin dövrdə küçədə böyüyən uşaqları narkotacirlərin, cinayətkarların, uşaq alverçilərinin əlindən xilas etmək üçün "AfroRegae" adlı xeyriyyə təşkilatı fəaliyyət göstərirdi. Bu təşkilat uşaqları müxtəlif mədəniyyət dərnəklərinə qəbul edir, onların cinayətkar dəstələr arasında yox olub getmələrinə mane olmağa çalışırdı. Təşkilatın könüllü üzvü olan skripka müəllimi Evandro Joao Silva uşaqlara dərs keçir, onlara musiqini sevdirməyə çalışırdı. Dieqo ilə Silvanın tanışlığı da bu vasitə olub.
Silva Dieqonun qayğısına qaldı, ona skripkanı öyrətdi. Silvanın şagirdi təkcə Dieqo deyildi. O, küçələrdən yığdığı bütün uşaqların qayğısına qalır, onların "qoruyucu mələyi"nə çevrilirdi.
Ancaq 2009-cu ildə Silva küçədə naməlum şəxslər tərəfindən qətlə yetirildi. Silvanın ölümü Rioda böyük səs-küyə səbəb oldu. Daha çox ağlayan isə küçədən tanış olduğu, skripkanı sevdirdiyi şagirdləri oldu. Silvanın dəfn mərasimində şagirdlərin çəkilmiş fotoları dünya mediasının gündəminə çevrildi. Dieqonun dəfn zamanı lentə alınmış şəkli isə 2010-cu ildə dünyanın ən təsirli 20 fotosu sırasına daxil oldu.
Dieqoya nə oldu?
Təəssüf ki, Dieqo da bu fotonun çəkilməsindən bir il sonra qan xərçəngindən dünyasını dəyişdi. Dieqonun xəstəliyi məlum olandan sonra xəstəxanaya yerləşdirilsə də, onun üçün artıq çox gec idi...


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1856 Tarix: 11 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mutasiyaya uğramış H3N2 virusu artır - ÜST xəbərdarlıq etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkədə "mutasiyaya uğramış qrip" kimi tanınan H3N2 virusunun yeni variantının sürətlə artması barədə xəbərdarlıq etib. xəbər verir ki, Qebreyesus mövzu ilə bağlı fikirlərini sosial mediada paylaşdı. "Qloba
21 dekabrOnu daha Ramazan proqramlarında görməyəcəyik?
Türkiyəli tanınmış din xadimi Nihat Hatipoğlu 2026-cı ildə Ramazan ayı boyunca yayımlanan proqramlarda aparıcılıq etməyəcək. "Qafqazinfo" Türkiyənin "Media TV" portalına istinadən xəbər verir ki, bu barədə N. Hatipoğlu özü məlumat verib. İllərdir Türkiyənin ATV telekanalında Ramaza
22 dekabrTürkiyədə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI!
İstanbul və ətraf bölgələrə təsir edə biləcək Marmara zəlzələsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin The New York Times və Almaniyanın Tagesspiegel nəşrlərində Marmara əsas qatında "narahatedici hərəkətlilik" və "İstanbul yaxınlığınd
23 dekabrGəzməyə gedən 4 uşaq YOXA ÇIXDI
Rusiyada uşaqların kütləvi şəkildə yoxa çıxması ilə bağlı müəmmalı hadisə baş verib. xəbər verir ki, dekabrın 21-də Samara vilayətində polislər gəzintidən sonra evə qayıtmayan dörd uşağın axtarışına çıxıblar. Daxili İşlər Nazirliyinin regional bölməsinin məlumatına görə, onlar Bezençuk kəndinin sakinlər
21 dekabrPolşalı qadının söylədiyi sözləri gündəm oldu: 123 illik tarixi xatırlatdı
Polşalı bir qadının türklər haqqında sosial şəbəkədə paylaşdığı fikirlər geniş rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, tarixi bir məqama diqqət çəkən qadın bildirib ki, ölkəsi 123 il boyunca dünya xəritəsində yer almasa da, Osmanlı Dövləti Polşanın mövcudluğunu tanımaqda davam edib
22 dekabrArgentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
Argentinanın ev həbsində olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsindəki ağrı səbəbilə xəstəxanaya yerləşdirilib. bildirir ki, bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən xəbər verir. Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat edilib
21 dekabrHindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb
Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb. "Report" xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb. Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq-Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhş
21 dekabr