AQTA quş qripi ilə bağlı monitorinqlərə başlayır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisi üzrə yüksək patogen quş qripi ilə bağlı epizootik vəziyyəti qiymətləndirmək məqsədilə 15 noyabr tarixindən növbəti epizootoloji monitorinqlərə başlayır.
Bu barədə Sonxeber.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Monitorinqlər çöl quşları arasında Şabran və Xızı rayonlarındakı Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarını, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı Abşeron, Şirvan, Ağ Göl, Qızılağac milli parklarınının su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə, əraziylə yanaşı çöl quşlarına ümumi baxış keçirilməsi, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu sahədə çalışan əməkdaşları tərəfindən çöl quşlarının ovlanmasını əhatə edir.
Eyni zamanda adı çəkilən zonalarda xırdabuynuzlu heyvanların taunu xəstəliyinə görə də kliniki müşahidələrin müşahidələrin aparılması planlaşdırılır. Həmin müddətdə Bakı və Sumqayıt şəhərlərindəki, Şabran, Siyəzən, Xızı, Abşeron, Sabirabad, Salyan, Neftçala, Lənkəran, Cəlilabad, Ucar və İmişli rayonlarındakı fəaliyət göstərən sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən Bakı şəhərinin, Abşeron, Şabran, Xızı, Ağcabədi, Salyan və Lənkəran rayonlarının ailə-kəndli təsərrüfatlarındakı ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürülməsi, habelə ölkə üzrə təsərrüfatlara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, cari mövsümdə dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycan Respublikası ilə qonşu olan ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb və xəstəliyin yayılma arealı geniş coğrafi ərazini əhatə edir. Daxil olan məlumatların təhlili göstərir ki, xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir. Köçəri quşların miqrasiya marşrutlarının respublikanın ərazisindən keçməsi, habelə bu quşların müvəqqəti və daimi məskunlaşma yerlərinin olması ölkəmizdə də xəstəliyin yayılma riskini artırır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 867 Tarix: 13 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çimərlikdə bunları etmək qadağandır! - Nazirlikdən çağırış
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən su hövzələrində təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur. "Qafqazinfo"nun məlumatına görə, qeyd olunanları nəzər
13 iyunAzərbaycanın bu rayonlarında zəlzələ oldu (YENİLƏNİB)
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 12.06.2026-cı il tarixində yerli vaxtla saat 15:13 dəqiqədə Qəbələ seysmik stansiyasından 11 km cənub-qərbdə, Qəbəl
12 iyunDövlət və özəl qurumların adından fişinq mesajları göndərilir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) növbəti fişinq kampaniyası aşkarlayıb. xəbər verir ki, bu barədə MKA məlumat yayıb. Məlumata görə, aparılan monitorinqlər nəticəsində müəyyən edilib ki, kiberdələduzlar bir sıra yerli qurumların əvvəlcədən əl
12 iyunAzərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK
Ölkədə maaş və müavinətlərin verilməsində yeni dövr başlayır. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri Administratoru Tofiq Acırqayev paytaxtda təşkil olunan "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" platformasında açıqlayıb. O qeyd edib ki, əhalinin sosial ödənişlərini
14 iyunUşaqların sosial mediada nümayişi: Valideynlər nələrə diqqət etməlidirlər?
Valideynlərin övladlarının fotolarını, videolarını virtual məkanda nümayiş etdirmələri artıq adi hal alıb. Sadə bir sevincin bölüşülməsi kimi görünən bu paylaşımlar, əslində uşaqların ləyaqətinin qorunması, hüquqi məsuliyyət və kibertəhlükəsizlik kimi problemləri də özü ilə gətirir. Müasir rəqəmsal dövrü
13 iyunCari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb
2025-2026-cı tədris ilində ölkənin ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sayı açıqlanıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin verdiyi məlumata görə ümumi təhsil müəssisələrində132 min 178 nəfər müəllim işləyib
13 iyunBu şəxslər ucuz qiymətə ev ala biləcəklər - Yeni sistem
Azərbaycanda minlərlə insanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Lakin aşağı əməkhaqqı, mənzillərin yüksək qiyməti və ipoteka kreditlərinin ağır şərtləri bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə 600-800 manat maaş alan vətəndaşlar üçün həm ilkin ödənişi toplamaq, həm də aylıq kredi
14 iyunBu tarixdə QISA İŞ GÜNÜ OLACAQ - Respublikamızda
Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.( )
14 iyunPolad Həşimovun oğlu da məzun oldu - Foto
Bu gün Azərbaycanda 57 şəhid övladı on birinci sinifdən məzun olub. "Qafqazinfo" xəbər verir ki, onların arasında şəhid Milli Qəhrəman Polad Həşimovun oğlu Teymur Həşimov, şəhid polkovnik-leytenant Murad Mirzəyevin oğlu Nurlan Mirzəzadə, şəhid polkovnik-leytenant Babək Ramaldanovun oğlu Ramalda
13 iyun