Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdür

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdürNoyabrın 14-də bütün dünya Diabetə Qarşı Mübarizə Gününü qeyd edir. Bu tarix təsadüfən seçilməyib. Belə ki, bununla 1891-ci ilin bu günündə anadan olan kanadalı həkim və fizioloq Frederik Bantinqin xidmətləri əbədiləşdirilib. Axı məhz o, həkim Çarlz Best ilə birlikdə 1922-ci ildə şəkərli diabet xəstələrinin həyatını xilas edən dərmanın – insulinin kəşfində həlledici rol oynayıb.

Ümumdünya Diabetə Qarşı Mübarizə Günü insanların bu xəstəliyə diqqət ayırmasını təmin etmək üçün daha bir yoldur. Azərbaycanda da bu gündə əhalinin şəkərli diabetlə bağlı maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir, axı xəstəlik, təəssüf ki, bütün dünyada artmaqda davam edir və buna görə də bir çox hallarda xəstəliyin inkişafının qarşısını necə ala biləcəyinizi bilmək son dərəcə vacibdir.

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdür2021-2023-cü illərdə Ümumdünya Diabetə Qarşı Mübarizə Gününün mövzusu şəkərli diabetin müalicəsinə çıxış əldə etmək barədədir. İnsulinin kəşfindən 100 il sonra dünyada milyonlarla insan ehtiyac duyduğu insulini əldə edə bilmir. Diabetli bir çox insan müalicəsi üçün peroral (ağızla qəbul edilən) dərmanlara ehtiyac duyur. Bir çox aşağı və orta gəlirli ölkələrdə onlar qiymətlərinə görə hələ də əlçatan deyil. Diabetli insanlar vəziyyətini idarə etmək və ağırlaşmalardan qaçmaq üçün davamlı qayğı və dəstəyə ehtiyac duyur. Buna görə də özünənəzarət (qanda qlükoza səviyyəsinin monitorinqi) də böyük əhəmiyyət kəsb edir. Biz son dərəcə çətin dövrlərdə yaşayırıq. Belə ki, diabetlə yaşayan insanlar COVID-19-un ağırlaşmalarına daha çox həssas ola bilərlər. Əldə olunan məlumatlar göstərir ki, diabet kimi başqa xəstəlikləri olan insanlar arasında ölüm halları nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdürÜST-ün məlumatına görə, şəkərli diabet əhalinin ölüm faizini 2-3 dəfə artırır və ömür müddətini qısaldır. Bundan əlavə, problemin aktuallığı həm də bu xəstəliyin yayılma miqyası ilə bağlıdır. Beynəlxalq Diabet Federasiyasının (IDF) Diabet Atlasında dərc edilən son rəqəmlərə görə, dünyada təxminən yarım milyard insan diabetlə yaşayır. Ekspertlərin qiymətləndirməsinə görə, yaxın 25 il ərzində onların sayı 700 milyondan çox olacaq. Bununla belə, şəkərli diabetlə yaşayan insanların faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur. Azərbaycanda bu diaqnozla 300 minə yaxın insana qeydiyyatdadır. Amma ölkəmizdə şəkər xəstələrinin real sayı azı iki dəfə çoxdur, çünki onların bəziləri qeydiyyata düşməyib, çoxlarının isə bu xəstəliyə tutulmasından xəbəri belə yoxdur.

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdürDiabet - mədəaltı vəzi kifayət qədər insulin ifraz etmədikdə və ya orqanzm ifraz etdiyi insulindən səmərəli istifadə edə bilmədiyi zaman meydana gələn xroniki xəstəlikdir. Bu, qanda qlükoza səviyyəsinin artmasına (hiperqlikemiya) gətirib çıxarır.

1-ci tip diabet (əvvəllər insulindən asılı olaraq bilinirdi) üçün qlükozanın enerjiyə çevrilməsindən məsul olan insulinin ifrazının olmaması xarakterikdir. Bu səbəbdən orqanizmin toxumaları onlara ötürülən şəkər üzərində işləmək qabiliyyətini itirir, qanda şəkərin səviyyəsi çox yüksək olduqda belə "aclıqdan ölməyə" və öz ehtiyatlarından istifadə etməyə başlayır. Yağ ehtiyatlarından istifadə olunur və onlar parçalandıqda toksik məhsul – aseton meydana çıxır, o da orqanizmdə yığılır və onu zəhərləyir. Orqanizmdə bütün maddələr mübadiləsi pozulur. İnsan enerji çatışmazlığı səbəbindən çox arıqlayır və zəifləyir. İnsulinin çatışmazlığını daim xüsusi preparatların inyeksiyası ilə kompensasiya etmək lazım gəlir, hansı ki, onlar olmadan insan ölə bilər. Çox vaxt xəstəlik gənc yaşda başlayır.

1-ci tip şəkərli diabet bütün şəkərli diabet hallarının 10-15 faizində rast gəlinir. Qalan 85-90 faiz isə 2-ci tip şəkərli diabetin (əvvəllər insulindən asılı olmayan və ya "yetkin" diabet adlanırdı) payına düşür. Adından da göründüyü kimi, burada insulin çatışmazlığının demək olar heç bir əlaqəsi yoxdur. Həqiqətən də 2-ci tip diabetdə mədəaltı vəzi əvvəlcə lazımi qaydada işləyir. Bu xəstəlikdə qlükozanın əsas enerji tədarükçüsü olduğu əzələ toxuması orqanizmin ifraz etdiyi insulindən istifadə edə bilmir. Onun hüceyrələri praktiki olaraq həyati vacib olan qlükozanı qəbul edə bilmir. Bu vəziyyətə insulin rezistenti (müqaviməti) deyilir.

İnsulin müqaviməti irsi, anadangəlmə qüsur ola bilər, lakin daha çox çəkisi çox olan insanlarda rast gəlinir. Statistikaya görə, şəkərli diabet xəstələrinin 80 faizindən çoxu artıq çəkidən əziyyət çəkir. 2-ci tip diabetdə ən vacib şey çəkini normallaşdırmaq və bədəndə yağ və karbohidrat mübadiləsini bərpa etməkdir. Ancaq pəhriz və fiziki məşğələlər kömək etmirsə, xəstə bütün həyatı boyu həkim nəzarətində qalmalı və qanda şəkərin miqdarını azaldan dərmanlar qəbul etməli olacaq.

Bu gün diabetə qarşı Ümumdünya mübarizə günüdürŞəkərli diabet - ağırlaşmaların və vaxtından əvvəl əlilliyin qarşısını almaq üçün daimi monitorinq tələb edən xəstəlikdir. Xəstələrə özünü idarə etmə üsullarını, həkimlə sıx təmasda olmaqla xəstəliklərini idarə etməyi öyrətmək böyük əhəmiyyət kəsb edir, çünki bu, diabetli insanların həyat keyfiyyətini yaxşılaşdırır. Xəstələrin xəstəlikləri haqqında daha çox məlumatlandırılmasına kömək etmək üçün diabet məktəblərində olmaq vacibdir. Orada xəstələrə insulinin dozasını dəyişmək, qida seçmək, yüklənməni düzgün tənzimləmək, dərmanları bilmək öyrədilir. İnsan nə qədər yaxşı məlumatlı olarsa, onda fəsadlar da bir o qədər az olar.

Məsələn, Bakı Sağlamlıq Mərkəzində yeni yaradılmış endokrinologiya şöbəsində tezliklə şəkərli diabet məktəbi açılacaq. Diabetli insanların maarifləndirilməsi müalicənin ayrılmaz hissəsidir. Çox vaxt poliklinika həkimləri xəstəliyin bütün nüanslarını izah etməyə kifayət qədər vaxt tapmır və xəstə qorxuları və həyəcanı ilə baş-başa qalır. Bu məktəblər də məhz bu xəstəliklə bağlı çətinlikləri uğurla aradan qaldırmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün yaradılır. Yalnız belə birgə, komanda yanaşması diabet kimi məkrli xəstəliyə qarşı mübarizədə nəticə verə bilər.

Beynəlxalq Diabet Federasiyasının (IDF) üzvü, Bakı Sağlamlıq Mərkəzinin Endokrinologiya kafedrasının müdiri, tibb elmləri namizədi Hüseynov Oqtay Aydın oğlu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1139   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

Azərbaycanda 17 yaşlı gənc qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb Xudaverdiyeva ötən gün dünyasını dəyişib. Məlumata görə, o, üç ay əvvəl atasını itirib. Bildirilir ki, Z.Xudaverdiyevanın anası da uzun müddət əvvəl vəfat edib. Bu səbəbdən o, qohumlarının himayəsində yaşayıb

10 noyabr
.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr