Bu bazarda da bahalaşma olacaq? – ARAŞDIRMA

Bu bazarda da bahalaşma olacaq? – ARAŞDIRMAEkspertlər deyirlər ki, tikinti sektorunda qaydaların qismən sərtləşdirilməsi, prosesə nəzarətin gücləndirilməsi əmlak bazarında da qiymətlərə təsir göstərir.

2021-ci ilin bitməsinə bir neçə ay qalıb. İlin sonuna doğru bəzi sahələrdə qiymət artımları müşahidə olunur. Qaz və neft bazarlarında qiymətlərin kəskin şəkildə bahalaşması diqqət mərkəzindədir. Bu artımlar kommunal xərclərin də qaldırılmasına şərait yaratdı. Bazar və supermarket, iri ticarət mərkəzləri, geyim sektorunda da qiymətlərin bahalaşdığını müşahidə edirik. Həmçinin əhalinin gəlirlərinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bəs bu qiymət artımları fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Qarşıdakı dövr üçün qiymətlərlə bağlı hansı proqnozlar var?

"Kaspi" qəzetinin əməkdaşı məsələ ilə bağlı araşdırma aparıb.

Təklif portfelinin azalması

Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli deyir ki, daşınmaz əmlak bazarında 2020-ci ildə və 2021-ci ilin ötən doqquz ayında artım müşahidə edildi: "Bu, əsasən, tikinti sektorunda maya dəyərinin artımı və yaşayışın bahalaşması, yəni inflyasiya prosesləri ilə bağlıdır. Çünki bir tərəfdən tikinti materialları bazarında, digər tərəfdən də yanacaq sektorunda bahalaşma davam edir. Bu da həyat tərzinin bahalaşmasına gətirib çıxarır. İstehlak və istehsal sahələrində qiymətlərin artımı qaçılmaz olur. Bu artım maya dəyərinin də qiymətinin yüksəlməsinə gətirib çıxarır və satış qiymətinə də öz təsirini göstərir. Digər tərəfdən də, mənzil sektorunda görülən işlərdə azalma var. Bu da nəticədə təklif portfelinin azalmasına gətirib çıxarır və tələb təsiri yaradır və qiymətlərin artımına təsir göstərir".

4-6 faiz bahalaşma proqnozlaşdırılır

Nüsrət İbrahimli bildirir ki, qiymətlərin artım dinamikasının gələn il də müşahidə edilməsi gözlənilir: "Amma artımın nə qədər olacağını demək çətindir. Ehtimal etmək olar ki, inflyasiya səviyyəsində qiymət artımı qaçılmaz olacaq. Gələn il daşınmaz əmlak bazarında haradasa 4-6 faiz qiymət artımı olacaq. Daha çox qiymət artımı mənzil sektorunda gözlənilir".

Nisbi artım

"Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, hazırda qiymətlərdə dinamik artım müşahidə olunmasa da, nisbi artımlar var: "Daşınmaz əmlak bazarındakı durum daha çox qeyri-aktiv tendensiya ilə müşahidə olunur. Qiymətlərdə böyük dəyişiklik yoxdur. Müəyyən istiqamətlər üzrə nisbi artımlar gözə dəyir".

Təmir-bərpa işlərinin təsiri

Ramil Osmanlı deyir ki, qiymət artımını şərtləndirən səbəblərdən biri də işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq işlərdir: "Son dövrlər baş verən proseslər daşınmaz əmlak bazarında da qiymət artımını əsaslandırır. İşğaldan azad olunmuş ərazilərdə təmir-bərpa işləri, infrastruktur layihələri həyata keçirilir. Bu da ölkədə tikinti sahəsinə ayrılan vəsaitlərin həcminin artımına təsir göstərir. Həmin vəsaitlərin müəyyən hissəsi bu və ya digər formada daşınmaz əmlak bazarına yenidən geri qayıdır. Bunun nəticəsində də daha çox qiymət artımı müşahidə olunur".

Dəyişən tələblər

Ramil Osmanlı bildirir ki, tikintiyə icazə şərtlərinin dəyişdirilməsi də qiymətlərə təsir göstərir: "Tikinti sektorunda qaydaların qismən sərtləşdirilməsi, prosesə nəzarətin gücləndirilməsi də əmlak bazarında qiymətə təsir göstərir. Əvvəllər çox kiçik ərazilərdə çoxmənzilli bina inşa etmək mümkün olurdusa, indi bunun üçün torpaq sahəsinin mülkiyyətdə olması və müəyyən tələblərə cavab verməsi şərtdir".

Əvvəl və indi

Ramil Osmanlı qiymətlərə təsir edən dəyişiklikdən də danışdı: "Əvvəl 2 bloklu 16-17-18 mərtəbəli binanı inşa etmək üçün investora təqribən 20-25 sot torpaq kifayət edirdi. Bu torpağın mülkiyyətdə olması da şərt deyildi. İndi, təqribən eyni ölçüdə olan binaları inşa etmək üçün minimum 60-70 sot torpaq sahəsi tələb olunur. Həmin torpaq sahəsinin mülkiyyətdə olması əsas tələblərdən biridir. Bu payın artımı, nəticə etibarilə, maya dəyərinə ciddi təsir göstərir və qiymət artımına gətirib çıxarır". Ramil Osmanlı sonda bildirdi ki, növbəti il üçün proqnozlar qiymət artımını şərtləndirir: "Hesab edirəm ki, növbəti ilin əvvəlində daşınmaz əmlak, xüsusən də, mənzil bazarında daha çox qiymət artımı müşahidə edəcəyik".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 4711   Tarix: 14 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu günə olan qızıl və gümüş qiymətləri

Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya

3 noyabr
.

Azərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK

"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna

5 noyabr
.

Azərbaycanın qiymətli kağızlar bazarı 32 % kiçilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında 34 milyard 904,7 milyon manatlıq əməliyyat aparılıb. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 32 % azdır. 9 aylıq göstəricinin 5 milyard 931,7 milyon manatlıq hissəsi ilkin bazard

27 oktyabr
.

Azərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"

28 oktyabr
.

Azərbaycanda pul bazası 25 mlrd. manatı ötüb

Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb

3 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Fermerlərə şad xəbər: Sığorta kompensasiyalarına görə vergi ödəməyə bilərlər

Azərbaycanda əkin sahələrinə dəymiş zərərə görə fermerlərə milyonlarla manat sığorta ödənişinin hesablanması aqrar sığorta və vergi öhdəlikləri məsələsini gündəmə gətirir. Fermerlərin aldığı kompensasiyaların vergiyə cəlb olunub-olunmaması, bu ödənişlərin hansı qaydada rəsmiləşdirilməsi və kənd təsərrüfat

27 oktyabr
.

Azərbaycanda taksi sürücüləri sadələşdirilmiş vergi ödəyəcəklər

Taksi sürücülərinin gəlirlərindən sifariş operatorları vasitəsilə 1 % sadələşdirilmiş vergi tutulması təklif olunur. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Qüvvədə olan qanun

5 noyabr
.

Qızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas

29 oktyabr