Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxıldı

Azərbaycanda həbsdə olan gənc güləşçi azadlığa buraxıldıAzərbaycanda yunan-Roma güləşçisi Fərid Zeynalabdinov azadlığa buraxılıb.

Bu barədə onun vəkili Aqil Layic məlumat verib.

O bildirib ki, F.Zeynalabdinov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb:

"Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri satma) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra Fərid Zeynalabdinovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilərək onun azadlığa buraxılması ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə müraciətimizi təmin etməyib".

Vəkil deyib ki, birinci instansiya məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib:

"Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə müraciətimiz təmin olundu və Fərid Zeynalabdinov ev dustaqlığına buraxıldı.

Məhkəmə kollegiyası Fərid Zeynalabdinovun təhsilini və idmandakı gələcəyini nəzərə alaraq, ədalətli qərar çıxardığına görə, onun ailə üzvləri və öz adımdan hakimə təşəkkür edirəm".

A.Layic söyləyib ki, F.Zeynalabdinov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kurs tələbəsidir.

Qeyd edək ki, F.Zeynalabdinov yunan-Roma güləşi üzrə Azərbaycanı 2018-ci ildə Avropa çempionatında təmsil edib. Həmçinin o, ölkə çempionatlarında bir sıra titullar qazanıb./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1678   Tarix: 18 noyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Orelyen Çuameni zədə səbəbindən Paraqvaya qarşı matçı buraxa bilər

Fransa yığmasının yarımmüdafiəçisi Orelyen Çuameni DÇ-2026-nın 1/8 finalında Paraqvay millisinə qarşı matçı buraxa bilər. "Report" "RMC Sport"a istinadən xəbər verir ki, oyunçu bud nahiyəsindəki zədə səbəbindən narahatlıq hiss edir. Futbolçunun 1/4 finala qədər bərpa olunacağı gözlənilir

4 iyul
.

Sevgilisi Ronaldonun neçə yaşadək oynayacağını açıqladı

Georgina Rodriqez futbol ulduzu Kriştiano Ronaldonun 41 yaşında belə yüksək səviyyədə çıxış etməsinin sirrindən danışıb. -ın xəbərinə görə, Rodriqez sosial şəbəkədə yazıb ki, Ronaldonun futbola olan sevgisi və motivasiyası tanış olduqları ilk gündə necə idisə, bu gün də eynidir. "İnanılmazdır ki

28 iyun
.

"Qarabağ"dan ayrılan futbolçu İtaliya A Seriyasında?

"Qarabağ"dan ayrılan qanalı futbolçu Emmanuel Addai karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Qaynarinfo İtaliya mətbuatına istinadən xəbər verir ki, "Leççe" qanalı forvardla danışıqlar aparır. Klub rəhbərliyi yeni mövsüm öncəsi hücum xəttini gücləndirmək üçün Addain

1 iyul
.

Ronaldo karyerasını bitirəcək? - Video

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo 2026-cı il Dünya Çempionatının karyerasındakı son mundial olduğunu rəsmən təsdiqləyib. "Qafqazinfo"nun xəbərinə görə, 41 yaşlı hücumçu Portuqaliyanın 1/8 final mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşmasından sonra gələcəyi il

7 iyul
.

"Neftçi" Rikardinyonu transfer edir

"Neftçi" Çexiyanın "Viktoriya" klubunun sabiq futbolçusu Rikardinyonu heyətinə qatmaqda israrlıdır. Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar artıq son mərhələdədir. 25 yaşlı braziliyalı hücumçunun da karyerasını Azərbaycanda davam etdirməkdə maraql

7 iyul
.

Metronun iş saatı "Qarabağ"a görə dəyişdiriləcək

Sabah UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə "Bakı Metropoliteni" QSC-nin iş rejimi dəyişdiriləcək. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib

8 iyul
.

"Qarabağ" - Vestri" oyununun biletləri satışda

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Vestri" (İslandiya) matçının biletləri satışa çıxarılıb. Qaynarinfo xəbər verir ki, satış prosesi saat 15:00-dan etibarən başlayıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərini

3 iyul
.

Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı

"Qarabağ" Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın "Vestri" klubu ilə oyunlar üçün iştirak ərizəsini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Joni Montiel, Jeremi Qnali və qapıçı Martin Zlomisliçi siyahıya daxi

9 iyul
.

Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib - Video

Dünya çempionatında 1/8 final mərhələsinin matçları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün mundialın mərkəzi görüşlərindən biri keçiriləcək. Son Avropa çempionu, DÇ-nin əsas favoritlərindən İspaniya Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya millisi ilə üz-üzə gələcək. Matç saa

7 iyul