"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilər

"Liverpul" Braziliya millisinin hücumçusu Rayanı transfer edə bilərİngiltərənin "Liverpul" klubu "Bornmut"un və Braziliya millisinin hücumçusu Rayanı rekord məbləğə transfer edə bilər.

"Report" "TeamTalk"a istinadən xəbər verir ki, bu transferdə "Liverpul"un baş məşqçisi Andoni İraola təkid edir.

2023-2026-cı illərdə "Bornmut"un baş məşqçisi olmuş A.İraola braziliyalı futbolçunu komandadan ayrılan Məhəmməd Salahın əvəzləyicisi hesab edir.

Rayanın "Bornmut"la müqaviləsinin müddəti 2031-ci il iyunun 30-dək nəzərdə tutulub. Sözləşmədə 2027-ci ildə qüvvəyə minəcək 130 milyon funt-sterlinqlik (151,6 milyon avro) sərbəstqalma məbləği maddəsi var. "Liverpul" məbləğin azaldılması ilə bağlı razılıq əldə edə bilməsə, həmin bəndi aktivləşdirə bilər. Bu halda Rayanın transferi klub tarixinin ən bahalı sövdələşməsi olacaq.

Qeyd edək ki, Rayan 2026-cı ildə keçirilən dünya çempionatında Braziliya millisinin heyətində 4 matçda meydanda olub və 1 məhsuldar ötürmə verib. O, İngiltərə Premyer Liqasının cari mövsümündə isə şans qazandığı 4 oyunda məhsuldar göstəricilərlə yadda qalmayıb.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 480   Tarix: 14 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Monteneqronun Budva şəhərində təşkil olunan U-17 Avropa çempionatında Azərbaycan millisinin daha 5 boksçusu adını 1/4 finala yazdırıb. Bu barədə -a Azərbaycan Boks Federasiyasından bildirilib. Həsrət Məmmədov (46 kq) Camal Dustiyevlə (Rusiya) gücünü yoxlayıb və 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27

7 oktyabr
.

Ronaldu Portuqaliya millisindən uzaqlaşdırıldı

Portuqaliya Futbol Federasiyası Kriştianu Ronaldunun milli komandanın düşərgəsini icazəsiz tərk etməsindən sonra məşhur futbolçuya qarşı avtomatik diskvalifikasiya qərarı tətbiq edib. xəbər verir ki, bu barədə Britaniyanın "The Mirror" nəşri məlumat yayıb. Qeyd olunur ki, qaydalarına əsasən

10 oktyabr
.

Nəriman Axundzadə 10 ay sonra qol vurdu - Video

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə 10 ay sonra qol vurub. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün U-21 yığmamızın heyətində Şotlandiyaya qarşı matçda fərqlənib. Matçın 21-ci dəqiqəsində fərqlənən forvard uzun müddət sonra adını tabloya yazdıra bilib. Nəriman Axundzadə sonunc

1 oktyabr
.

Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal uğurunda döyüşə çıxacaq

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb. xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu mərhələdə fransalı Dalyan Boulemtafeslə qarşılaşıb. R.Məmmədəliyev rəqibinə 0:2 hesabı ilə uduzub. Cüdoçumuz mübarizəni təsəlliveric

6 oktyabr
.

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda çilidən olan Mari Di Varqas Leyi məğlub edib. K.Əliyevanın növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq. Qeyd edək ki

4 oktyabr
.

Azərbaycan millisi Litvanı məğlub etdi - Video

Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib. "Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqi

4 oktyabr
.

Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir

Bu gün Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar başlanıb. Bu barədə -a Azərbaycan Stolüstü Tennis Federasiyasından məlumat verilib. Beynəlxalq Stolüstü Tennis Federasiyası tərəfindən təşkil edilən seminarlar tanınmış məşqçi Yevgeni Timçenkoya həvalə olunub. Qazaxıstanlı mütəxəssis oktyabrın 7-də

1 oktyabr
.

"Barselona" Rafinya ilə müqavilənin müddətini uzatdı

İspaniyanın "Barselona" klubu braziliyalı futbolçusu Rafinya ilə müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə italiyalı insayder Fabrizio Romano məlumat yayıb. Bildirilir ki, futbolçu ilə Kataloniya klubu arasında yeni müqavilə 2030-cu ilin iyununadək qüvvədə olacaq. Razılaşmanı

6 oktyabr
.

Bakıdakı dünya çempionatında möhtəşəm mənzərə: Bacı-qardaş eyni vaxtda tatamiyə çıxdı - Video

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Yaponiyanın məşhur Abe bacı-qardaşlarının eyni vaxtda tatamiyə çıxması maraqlı görüntü ilə yadda qalıb. xəbər verir ki, Hifumi Abe (66 kq) və bacısı Uta Abe (52 kq) yarışın ikinci günündə öz çəki dərəcələrində eyni vaxtda mübarizə aparıblar. Hər iki cüdoç

5 oktyabr