Bakıda məktəbdə şagirdin cibindən telefon oğurlandı
Musiqi məktəbində şagirdin telefonu oğurlandı.
Oxu.Az xəbər verir ki, şikayət sosial şəbəkələrdə paylaşılıb. Belə ki, Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən 11 nömrəli Onbirillik Musiqi Məktəbində oxuyan şagirdlərdən birinin valideyni musiqi məktəbində baş verən oğurluq hadisələrindən narazılığını bildirib.
O bildirib ki, ötən gün sözügedən məktəbdə qızının gödəkcəsinin cibindən mobil telefonu oğurlanıb:
"Qızım gödəkcəsini qarderobda (paltarı saxlamaq üçün xüsusi yer) asaraq musiqi dərsinə girib, telefon isə gödəkcənin cibində qalıb. Dərs bitəndən sonra isə gəlib görüb ki, mobil telefon yoxdur. Bu həmin məktəbdə ilk hadisə deyil. Yüzlərlə uşağın musiqi təhsili aldığı bu məktəbin mərtəbələrində, koridorlarında, nə bilim qarderobun üstündə kameralar yoxdur. Girişə qoyulmuş kamera ilə isə heç nə aydınlaşdırmaq olmur. Bu məktəbdə bu qədər uşaq təhsil alır, amma içəridə kameralar yoxdur.
Qızımdan əvvəl bu yaxınlarda bir uşağın gödəkcəsinin cibindən 17 manat oğurlanıb. Ondan əvvəl də xoşagəlməz hadisə baş verib. Ötən il isə patlarını qarderobdan asan şagirdlərdən biri dərsdən çıxanda gəlib nə görsə yaxşıdır? Gödəkcəsi ümumiyyətlə yoxdur, yoxa çıxıb. Bütün bunlar baş verə-verə həmin o qarderob görünən yerə kamera quraşdırılmır. Oğurluqla bağlı dünən "102" Zəng Mərkəzinə məlumat verdik, polis məsələni araşdırır".
Valideyn musiqi məktəbində uşaqların təhlükəsizliyi və digər hər hansı yaşana biləcək problemlerlə bağlı təhlükəsizlik kameralarının quraşdırılmasının vacib olduğuna diqqət çəkib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aidiyyəti üzrə şikayət qəbul olunub, araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1498 Tarix: 24 noyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Abşeronda yaşayış binasında partlayış - Foto/Video
Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna
4 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrHindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının zəvvar qrupuna çırpılması nəticəsində azı 13 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" agentliyinə yerli polisin rəisi Dharmvir Sinqh bildirib. Qəza baza
18 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
15 oktyabr