"Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib" - İlham Əliyev
Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Sonxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında çıxışında deyib.
Dövlət başçısı bildirib: "Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Bu ilin aprel ayında Azərbaycan Dünya İqtisadi Forumu ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb. Ümid edirik ki, Mərkəz İƏT çərçivəsində əməkdaşlığa töhfə verəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub
17 iyul 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO
2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre
17 may 2021