Əfqanıstan qadınlara görə 1 milyard dollar itirəcək
Talibanın qadınlar üçün iş imkanlarını məhdudlaşdırmaq qərarına görə Əfqanıstan iqtisadiyyatı böyük pul itkiləri ilə üzləşəcək və 1 milyard dollar (ÜDM-in təxminən 5%-i) itirəcək.
Bizim Media xəbər verir ki, bu proqnoz Bloomberg tərəfindən dərc edilən BMT-nin hesabatında yer alıb.
"Mən bunu çox açıq şəkildə bildirmək istəyirəm: qadınların iştirakı olmadan Əfqanıstan iqtisadiyyatının tam bərpası ola bilməz", - deyə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Abdulla əd-Dərdari bildirib.
Onun sözlərinə görə, ilkin nəticələr göstərir ki, Əfqanıstanda təhsilli qadınların əmək məhsuldarlığına verdiyi töhfə eyni təhsil səviyyəsinə malik kişilərdən daha yüksəkdir. Eyni zamanda, ölkədəki işçi qüvvəsinin təxminən 20%-ni qadınlar təşkil edir.
BMT vurğulayır ki, yaxın illərdə Əfqanıstanın ÜDM-i 30%-ə qədər azala bilər. Hazırda ölkə iqtisadiyyatı sürətlə artan inflyasiya və nağd pul qıtlığı dövrünü yaşayır.
Qeyd edək ki, sentyabr ayında əfqan qadınları dövlət idarələrində, banklarda, mediada, eləcə də əksər şirkətlərdə kişilərlə işləmək imkanından məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2154 Tarix: 01 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Səhv etmək normaldır": Mükəmməllik axtarışı insanı niyə məhv edir?
Dünyanın ən məşhur fikirlərindən biri olan Stiven Hokinqin düşüncəsi yenidən milyonlarla insanın diqqət mərkəzinə düşüb. Fizik hesab edirdi ki, səhv etmək zəiflik deyil, insan varlığının şərtidir. Qaynarinfo xəbər verir ki, bu barədə "Economic Times" yazır. Hokinq bu ideyanı qısa və aydın şəkild
1 iyunTürkiyədə zəlzələ: Kahramanmaraş silkələndi
Türkiyədə Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 4,4 maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar yerin təqribən 12 kilometr dərinliyində, yerli vaxtla saat 13:12-də meydana gəlib. Təbii fəlakət nəticəsində hə
3 iyunDünyanın ən xoşbəxt şəhərləri açıqlandı (SİYAHI)
Hər il dərc olunan "Xoşbəxt Şəhər İndeksi" hesabatının 2026-cı il nəticələri açıqlanıb. Qaynarinfo xəbər verir ki, reytinq şəhərlərin idarəetmə, vətəndaş iştirakçılığı, iqtisadiyyat, səhiyyə, ətraf mühit və nəqliyyat kimi sahələrdəki göstəricilərinə əsasən tərtib olunub. Siyahıya görə dünyanı
4 iyunFizika düsturu bəşəriyyətin 12 min illik tarixini həll etdi
Elm adamları amorf bərk cisimlərin atomik strukturunu modelləşdirmək üçün hazırlanmış bir formulun insanlığın 12 min illik demoqrafik tarixini də izah edə bildiyini aşkar ediblər. Üstəlik, model böyük miqyaslı fəlakətlər baş verəcəyi halda 2064-cü ilə qədər dünya əhalisinin yarıya düşə biləcəyinə işar
3 iyunSezarın qumdakı hərəkəti tarixin axarını necə dəyişdi?
Qədim Romada bir sərkərdənin dəyəri təkcə döyüş qələbələri ilə deyil, həm də tanrıların razılığını daşıyıb-daşımaması ilə ölçülürdü. Xurafat və fal inancları hərbi qərarlara birbaşa təsir edən real faktor sayılırdı. Qaynarinfo xəbər verir ki, Birinci Puni müharibəsi dövründə konsul Publius Klavdi Pulxeri
1 iyunÇexiya NATO-nun müdafiə xərcləri hədəfinə çata bilməyəcək
Çexiya Respublikası bu il NATO-nun müdafiə xərcləri üçün ÜDM-in 2%-lik hədəfinə çata bilməyəcək. "Report"un məlumatına görə, bu barədə ölkənin Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə açıqlamasında bildirib. O, hökumətin öhdəliyini yerinə yetirmək üçün "əlindən gələn
31 may