Bu fermerlərə subsidiya ödənilməyəcək
Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması prosesi davam edir.
Sonxeber.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi prosesin sürətləndirilməsi məqsədilə bölgələrdə fermerlər üçün məlumatlandırma sessiyaları təşkil edir. Maarifləndirmə işləri ilk növbədə əkin dövriyyəsində payızlıq arpa və buğda əkinllərinin çoxluq təşkil etdiyi rayonlarda aparılır.
Nazirlik tərəfindən növbəti məlumatlandırma sessiyası Ağcabədi, Ağdam və Tərtər rayonlarında keçirilib. Bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır.
Görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında və gəlirlərinin artmasında mühüm rol oynayır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin "Fermer kartı"na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər.
Payızlıq əkinlərin bəyan prosesi dekabrın 30-da başa çatır. Bu tarixə qədər əkinlərini EKTİS-də bəyan etməyən fermerlərə subsidiya ödənilməyəcək. Məlumatlandırma sessiyalarında fermerlərə bəyanın son müddət tarixini gözləmədən əkin məlumatlarını EKTİS-ə daxil etmək tövsiyə olunub.
Görüşlər zamanı EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd
4 noyabrAzərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabr"HB Güvən Klinik" 150 min manat borca düşdü
"HB Güvən Klinik" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət qarşısı külli miqdarda borcu aranıb. "Yurd.Media"ya istinadla xəbər verir ki, "HB Güvən Klinik" MMC-nin vergi borcu 149 min manatı ötüb. Qeyd edək ki, "HB Güvən" klinikası 2018-ci ildən fəaliyyət göstərir
11 noyabrAzərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra
9 noyabrQızılın son qiymətləri bəlli oldu
11 noyabr tarixinə olan rəsmi göstəricilərə əsasən, Azərbaycanda qiymətli metalların, xüsusilə qızılın qiymətlərində dinamika diqqət çəkir. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyasının rəsmi qiyməti 6 877,44 manat, 1 qramının dəyəri isə 221,11 manat təşkil edir. Pərakəndə zərgərlik bazarınd
11 noyabrQızıl bazarında son vəziyyət
5 noyabr 2026-cı il tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda qızılın 1 unsiyasının dəyəri 6 720.5420 manat, 1 qramının rəsmi qiyməti isə 216.07 manat təşkil edib. Müvafiq olaraq, 99 əyyarlı təmiz qızılın 1 qramı 216.07 manat, 750 əyyarlı İtalyan qızılını
5 noyabrQızıl və gümüş ucuzlaşdı
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,02 dollar azalaraq 4005,47 dollar təşkil edib. xəbər verir ki, gümüşün qiyməti isə 1,14 dollar azalaraq 53,21 dollara bərabər olub
27 oktyabr