Fəridə Məmmədova Salyanda dəfn olunacaq - FOTO

Fəridə Məmmədova Salyanda dəfn olunacaq - FOTOAzərbaycanın məşhur tarixçi alimi, AMEA Tarix İnstitutunun "Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası" şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Fəridə Məmmədova vəfat edib.

Sonxeber.az xəbər verir ki, bu barədə "report"a AMEA-nın Tarix İnstitutundan məlumat verilib. O, 85 yaşında dünyasını dəyişib.

Fəridə Məmmədova ilə vida mərasimi bu gün Bakıda Təzə Pir məscidində keçiriləcək. Tarixçi alim öz vəsiyyətinə uyğun olaraq Salyan rayonunda dəfn olunacaq.

Qeyd edək ki, F.Məmmədova 1936-cı il avqustun 8-də Azərbaycan SSR Əli Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub, 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cı ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə "Azərbaycanın tarixi coğrafiyası" (hazırda "Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası") şöbəsinin müdiri olub.

1962-1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub: - qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

O, 1971-ci ildə "Musa Kalankatlının "Albanların tarixi" Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi" tarix üzrə namizədlik, 1987-ci ildə "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü, 1993-cü ildə AMEA tarix elmləri doktoru, 2001-ci ildə AMEA müxbir üzvü seçilib.

Elmi fəaliyyətlə məşgul olduğu dövrdə elmdə ilk dəfə Albaniyada feodalizmin genezisini tədqiq edib, feodalizm təsisatları haqqında təsəvvürləri bərpa edərək erkən orta əsrlər dövründə Albaniyada ibtidai icma quruluşunun mövcudluğu haqqında elmdə hökm sürən rəyin yanlış və əsassız olduğunu sübut edib.

Tarix elmində ilk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, Albaniya dövlətçiliyinin bütün rəmzlərini, Alban Arşakilar sülaləsinin və onları əvəz etmiş büyük knyazlar - Mehranilərin daxili və xarici siyasətini işıqlandırıb.

Elmdə ilk dəfə Albaniyada xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib.

Erməni tarixi coğrafiyasını tədqiq edərək, ermənilərin yalnız iki dəfə, Qafqaz hüdudlarından kənarda, Kiçik Asiyanın iki müxtəlif yerində dövlət qurumunun yaranmasını üzə çıxarıb.

2005-ci ildə nəşr edilən "Qafqaz Albaniyasi və albanlar" adlanan monoqrafiyasında Qafqaz Albaniyası tarixinin əsas cəhətlərini üzə çıxarmış, IX–XIX əsrlərin son dövr albanlarının tarixini işıqlandırmışdır. VIII–IX və XIX əsrdə albanların iki dəfə millisizləşdirilməsi üsul və yolları açıqlanır, əksəriyyətinin islamı qəbul etməsi, daha sonra türkləşməsi prosesi izlənir.

Monoqrafiyada gürcu va erməni tarixşünasları tərəfindən zəbt edilmiş qüdrətli alban etnomədəni layı Azərbaycan tarix elminə qaytarılır, onun bütün cəhətləri bərpa olunur. Monoqrafiya Qafqazda XIX əsrə qədər ermənilərin həm ərazi, həm etnik, həm də siyasi və mədəni cəhətdın yoxluğunu sübut edən yeni müddəadır.

Elmi tədqiqat fəaliyyəti ali məktəblərdə pedaqoji fəaliyyətlə uyğunlaşdırılmışdır: 1978-ci ildə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji İnstitutu, 1997–1998-ci illərdə "Xəzər Universiteti" tarix müəllimi, 1998-ci ildə Qərb Universitetində "Politologiya" kafedrasının professor, 1998–2001-ci illərdə orada "Humanitar fənlər" kafedrasının müdiri vəzifəsində işləyib.

Qərb Universitetində "Milli özünü dərk problemləri" Beynəlxalq konfransının elmi təşkilatçısı olmuş, "Azərbaycan milli ozünü dərki və onun təzahürü mərhələləri" mövzusunda məruzə etmişdir; 2006–2018-ci illərdə Azərbaycan Respublikası Milli Aviasiya Akademiyasının "İctimai elmlər" kafedrasinın müdiri olub.

F.C.Məmmədova 6 Beynəlxalq konfransın təşkilatçısı və məruzəçi, 27 Beynəlxalq konfransların iştirakçı və məruzəçisi olmuşdur: Bakıda, Russiyada (Moskva), Gürcüstanda (Tbilisi), Finlandiya (1989), Fransada 3 dəfə (1989, 2004: Pariş, Strastburg, Normandiya), Almaniyada 4 dəfə (1991, 1993, 1994, 2010: Berlin, Köln), Türkiyədə 3 dəfə (1989, 1990, 1991: Ankara, Keisari), Isveçrə (1994: Sürix), Avstriya (1998: Vyana), ABŞ (1990), İngiltərədə 3 dəfə (2012, 2014: London, Kembric), İtaliyada (2015: Roma).

F.C.Məmmədova 6 monoqrafiya və 120 məqalənin müəllifidir. "Azərbaycanın tarixi coğrafiyası" kollektiv monoqrafiyasının (Bakı, 1987) redaktor və aparıcı müəlliflərindən biri olub. Yeddi cildlik "Azərbaycan tarixinin" ikinci cildinin ("Azərbaycan tarixi", Bakı, 1998, II cild); "Qarabağ" kollektiv monoqrafiyasının ("Tarix və mədəniyyət oçerkləri," Bakı, 2004); "Gəncə şəhərinin tarixi" kitabının (Bakı, 2004); "Kürəkçay müqaviləsi–200" kollektiv monoqrafiyasının (Bakı, 2005) müəlliflərindən biridir; Qərb Universitetində gender proqramında iştirak etmiş, ali məktəblər üçün "Azərbaycan tarixində qadınlar" movzusunda proqram hazırlamışdır. Ali məktəblər üçün "Qədim dövrlərdən XX əsrə qədər qədər Azərbaycan tarixində qadınlar" mövzusunda məruzə yazıb. Məruzələr "Gənclər, tarix, cəmiyyət, mədəniyyət kitabında (Bakı, 2002) dərc olunub. F.C.Məmmədova 20 fəlsəfə doktoru, 1 elmlər doktoru hazırlayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən üç dildə nəşr olunmuş "Qafqaz Albaniyasının etno-mədəni irsi" (№ 1, Bakı, 2019) və (№ 2, Bakı, 2021) adlı məqalələr toplusunun elmi redaktoru və 2 məqalənin müəllifidir.

Azərbaycan dövləti elmi fəaliyyətini yüksək qiymətləndirərək "Tərifnamə" (1980), "Azərbaycan Respublikasının əməkdar elm xadimi" (1990), Respublikanın Dövlət mükafatına layiq görüb, "Şöhrət" (2004) ordeni, "Y.Məmmədəliyev", "Nizami", "Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksi" adına medallar ilə, "Qızıl qələm" ilə təltif edilib.
Fəridə Məmmədova Salyanda dəfn olunacaq - FOTOFəridə Məmmədova Salyanda dəfn olunacaq - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4379   Tarix: 08 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Arvadının iynə vurduğu kişi öldü

Lənkəran rayonunda ev şəraitində iynə vurulan şəxs ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 10-u saat 16 radələrində Veravul kəndində baş verib. 1970-ci il təvəllüdlü Qasımov Rasim Qasım oğlu yaşadığı evdə arvadının ona iynə vurması nəticəsində şok keçirib. O, qısa vaxt sonra dünyasın

11 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

10 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

TikTok moderasiya effektivliyini artırır: 2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib

Video yaratmaq və izləmək üçün aparıcı platformalardan biri olan TikTok üçün istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi əsas prioritet olaraq qalır. Şirkət məzmunun moderasiyası texnologiyalarını davamlı olaraq təkmilləşdirir və İcma Qaydalarına əməl olunmasına dair hesabatları mütəmadi dərc edir

11 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr