Putin və Bayden: Müharibə ehtimalını azaldan görüş - ŞƏRH

Putin və Bayden: Müharibə ehtimalını azaldan görüş - ŞƏRHABŞ və Rusiya prezidentləri - Co Bayden və Vladimir Putin arasındakı onlayn görüş proqnoz edildiyi kimi gərgin atmosferdə keçib. Ukrayna və onun sərhədləri ətrafında baş verənlər gərginliyin əsas səbəbi kimi göstərilir. Düzdür, 2016-cı ildə ABŞ-da baş tutmuş prezident seçkilərində Rusiyanın seçkilərə müdaxiləsi və kiber təhlükəsizlik, İranın nüvə proqramı və digər məsələlər gündəmdə olsa da, işğal olunan Ukrayna torpaqları, yeni müharibə anonsu prioritet olub.

Bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son günlər Ukrayna ilə Rusiya arasında tezliklə hərbi əməliyyatların start götürəcəyi xəbərləri fonunda baş tutan görüşün hansı nəticələrə gətirib çıxaracağını söyləmək hələ tezdir. Görüş Rusiyanın siyasi dairələrində, sosial şəbəkələrdə Putinin triumfu kimi qələmə verilsə də, rəsmi Kiyev fərqli fikirdədir. Məsələn, prezident Vladimir Zelenski bu görüşü problemlərin həlli istiqamətində ilk addım kimi qələmə verib və ABŞ prezidentinə təşəkkür edib. Ən maraqlısı həm də odur ki, iki ölkə prezidenti əvvəlki administrasiyalar dövründə yaradılmış, lakin indiyədək heç vaxt istifadə olunmamış təhlükəsiz video əlaqə vasitəsilə görüşüblər. Danışıqlar, təxminən iki saat bağlı qapılar arxasında davam edib. Bu görüşün ən əhəmiyyətli hissəsi odur ki, Qərb mətbuatının Rusiya qoşunlarının Ukraynaya gözlənilən hücumu barədə xəbərdarlıq etdiyi bir vaxtda baş tutub. Şayiə isə Amerika kəşfiyyatından gəlib.

Artıq Qərb ekspertləri görüşün Rusiya üçün önəmini qeyd edir və bura ilk növbədə sanksiyaların aradan qaldırılmasının mümkünlüyünü daxil edirlər. Eləcə də, Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq baxımından da bu görüş əhəmiyyət kəsb edib. Lakin bəziləri hesab edir ki, hər iki tərəf Ukrayna məsələsində ciddi dirəniş göstərib. Bu da onu deməyə əsas verir ki, hələ uzun müddət Ukraynada sabitlik məsələsi arxa planda qalacaq. Eyni zamanda Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların da tezliklə aradan qaldırılacağı inandırıcı səslənmir. Maraqlıdır ki, Rusiyaya qarşı iqtisadi tədbirlərin nə ola biləcəyi ilə bağlı məlumat verməkdən imtina edən Bayden ABŞ-ın bunları birbaşa ruslara çatdırmağa üstünlük verəcəyini söyləyib. Söhbət, güman ki, "Şimal Axını-2" layihəsindən gedir. Belə ki, hələ istismara verilməmiş bu layihə ABŞ və müttəfiqləri üçün "rıçaqı" təmin edib. Digər mümkün tədbirlərə Rusiya banklarının rublu xarici valyutaya çevirməsinə məhdudiyyətlər, hətta bu ölkəni "Swift" qlobal maliyyə ödəniş sistemindən ayırmaq daxildir.

Yeri gəlmişkən, Baydenlə Putinin bu görüşünün iyun görüşündən fərqi ondan ibarətdir ki, Cenevrədəki danışıqlardan əvvəl müharibə təhlükəsi daha real idi. Donbasda atışma, Ukrayna Silahlı Qüvvələrinin Donetsk və Luqansk "sərhədlərinə" doğru irəliləməsi. Bu dəfə isə alov Ukrayna və Donbas separatçıları tərəfindən deyil, Qərb jurnalistləri tərəfindən körükləndi və hamıya elə gəldi ki, artıq müharibə başlayacaq. Rusiya prezidenti açıq şəkildə bildirdi ki, vəziyyəti təkcə Zelenski deyil, həm də Qərbin özü gərginləşdirir. Kiyevə silah tədarükü, Qara dənizdə hərbi təlimlər, NATO qüvvələrinin Şərqi Avropada yerləşdirilməsi - bütün bunlar Ukraynanı, Rusiyanı təhlükəli addımlar atmağa ruhlandırır. Bundan əlavə, Putin Baydenə bildirib ki, Ukraynaya hücum etmək fikrində deyil, lakin ABŞ-dan NATO-nun genişlənməyəcəyinə dair yazılı təminat gözlədiyini də vurğulayıb. İki prezidentin nümayəndələrinin bəyanatlarına əsasən, Putin və Baydenin qarşılıqlı iddiaları dinlənildi, lakin inandırıcı olmadı. Bayden Rusiyanı diplomatiyaya çağırsa da, yenə də Moskvanın Kiyevə qarşı güc tətbiqini istisna etmir. ABŞ Putinin NATO-nu genişləndirməmək təklifini də rədd edir. Danışıqlardan sonra Bayden jurnalistlərə deyib ki, o, heç kəsin qırmızı xətlərini tanımayacaq. Öz növbəsində Kremlin sözçüsü Peskov qeyd edib ki, heç bir irəliləyiş yoxdur və "ikitərəfli münasibətlərdə problemləri aradan qaldırmaq üçün daha çox iş görülməlidir".

Rusiya Diplomatlar Assosiasiyasının sədr müavini Andrey Baklanovun rus mediasına dediyi kimi, praktiki baxımdan danışıqlar yalnız fikir mübadiləsi ilə məhdudlaşıb. "Rusiya-Amerika münasibətləri və Ukrayna mövzusu çox mürəkkəb problemlərdir və onları bir görüşdə həll etmək mümkün deyil. Keçmiş danışıqlar hadisələrin gələcək inkişafına cüzi təsir göstərə bilər, çünki hər şey ABŞ-ın bu məsələyə yenidən baxıb-baxmayacağından asılıdır. Rusiya təzyiqləri və təxribat xarakterli hərəkətləri dayandıracaq və körpülər tikməyə başlayacaq? Bu, hələ aydın deyil. Buna baxmayaraq, etiraf etmək lazımdır ki, Putinlə Baydenin bu gərgin informasiya mühitində, əslində, müharibədən əvvəlki vəziyyətdə görüşü bir qədər rahatlıq gətirir. Bayden təhdid olsa da, hələ də diplomatiyaya çağırır. Yeri gəlmişkən, danışıqlar zamanı onun İkinci Dünya Müharibəsini xatırlatması, Rusiya ilə ABŞ arasında müttəfiqlik olması və bu müharibədə iki prezidentin yaxın qohumlarının həlak olması barədə deməsi çox simvolikdir. Bu cür şeylər, əslində, etimadın qurulmasında və gərginliyin azaldılmasında çox vacibdir.

Yekun ondan ibarətdir ki, danışıqların nəticəsini belə ümumiləşdirmək olar: böyük irəliləyiş müşahidə etmədik, amma dialoqun canlanması hiss olunur. Rusiya açıq şəkildə göstərir ki, Ukraynanı tutmaq fikrində deyil. Ona görə də, bildirirlər ki, Amerika onları sanksiyalarla qorxutmağı dayandırmalı və Zelenskini Donbasda diplomatik tədbirlər görməyə daha yaxşı inandırmalıdır. Beləliklə, Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüş gərginliyin azaldılmasına gətirib çıxaracaqmı? Buna əmin olmaq üçün bir qədər də gözləmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1188   Tarix: 11 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Zəfərin Xankəndidən ucalan səsi

Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə

11 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

8 noyabr
.

Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar

Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 Noyabr - Bayraq Günü münasibətilə sosial media hesablarında paylaşım edib. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

9 noyabr