Ramiz Göyüşov məhkəmədə ifadə verib
Bu gün Nəsimi Rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az" MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Bu barədə "Report"a M.Ələkbərovun vəkili Araz Nurməmmədov məlumat verib.
Vəkil bildirib ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib:
"Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində özünü təqsirli bilməyib. Mahir Ələkbərov dindirilən zaman Ramiz Göyüşova hədə-qorxu gəlmədiyini, bu yolla ondan pul tələb etmədiyini deyib".
A.Nurməmmədovun sözlərinə görə, prosesdə zərərçəkmiş Ramiz Göyüşov da ifadə verib:
"Ramiz Göyüşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər oldu. Daha sonra onun istintaqa verdiyi ifadəsi elan edilib".
Növbəti proses dekabrın 24-də davam etdiriləcək.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında M.Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1407 Tarix: 13 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqların altısı internata verildi, biri valideynlərində qalacaq - SƏBƏB
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "Report"un yerli bürosunun sorğusuna cavab olaraq yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhd
19 aprelBu qurumlar birləşdirildi
Gəncə şəhər Psixo-Nevroloji Dispanseri Gəncə şəhər Psixatriya Xəstəxanasının tabeliyinə verilib. Qaynarinfo xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb. Bundan sonra dispanser şöbə kimi fəaliyyət göstərəcək. Artıq işçilərin bir hissəsi Gəncə Psixatriya Xəstəxanasın
18 aprelİran Hörmüz boğazını BAĞLADI və yeni şərtlər irəli sürdü
İran ABŞ-nin dəniz blokadası tam ləğv olunana qədər Hörmüz boğazını bağlayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bəyanatda bildirilir ki, atəşkəs razılaşmasının pozulması fonunda ABŞ İran gəmiləri və limanların
18 aprelHava ilə bağlı yol polisindən sürücülərə müraciət
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu paytaxta və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli olmağı tələb edir. xəbər verir ki, bu barəd
18 aprelZəhərlənən qadın 15 gün sonra öldü
Bakıda zəhərlənən qadın 15 gün sonra ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Aprelin 2-sində sirkə turşusundan zəhərlənən A.Abdunova ötən gün saat 03 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır
18 aprelQuru sərhədlər AÇILIR? - Bu şəxslər artıq...
Azərbaycanda quru sərhədlərin uzun müddətdir bağlı qalması cəmiyyətdə müxtəlif müzakirələrə səbəb olub. Xüsusilə, ikili vətəndaşlığı olan şəxslərin üzləşdiyi çətinliklər, onların sərbəst hərəkət imkanlarının məhdudlaşması və xaricdəki iş, ailə və sosial öhdəlikləri bu məsələni daha da aktuallaşdırır
19 aprelMehriban Əliyeva Antalyada Fələstinlə bağlı paneldə iştirak edib - FOTO
Aprelin 18-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclas təşkil olunub. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasını
18 aprel