Şirkətdən xəbərsiz 2 kq kartof aparan fəhlə öldürüldü

Şirkətdən xəbərsiz 2 kq kartof aparan fəhlə öldürüldüAzərbaycanda "İnvestel Group" MMC-nin Qazax rayonu İkinci Şıxlı kəndi ərazisində yerləşən aqroparkda baş verən qətlin motivləri bəlli olub.

Oxu.Az istintaq materiallarına əsasən, cinayətə sövq edən amilləri təqdim edir.

Materiallara görə hadisə, mübahisənin acı nəticəsidir.

Bu acı nəticəyə gətirən səbəblərə nəzər yetirdikdə isə insanı bir anlıq şablona çevrilmiş bir sual düşündürür: Bütün buna dəyərdimi?

İstintaq materiallarının səhifələrini çevirdikcə istər-istəməz ağlımıza Şah İsmayıl Xətainin qələmindən çıxan bu misralar yada düşür:

"Söz var, kəsdirər başı, söz var, kəsər savaşı".

Ancaq cinayəti törədən şəxs və onun qurbanına çevrilmiş insan görünür ki, bir-birlərinə elə barışmaz mövqe sərgiləyiblər ki, sözün yerini bıçaq əvəzləyib.

Hər şey ondan başlayır ki, 2021-ci ilin 11 avqustunda MMC-nin aqroparkında işləyən fəhlələr axşam evə gedərkən mühafizəçinin yoxlamasına məruz qalırlar.

Bu zaman işçilərin birinin zənbilindən 2 kiloqram kartof tapılır və həmin kartofu alıb anbara təhvil verilir.

Düzü, hər şeyin yoluna qoyulduğu və məsələnin söz-söhbətsiz yekunlaşmasına dair təəssürat yaransa da, səhərki hadisə bunun əksi ilə nəticələnir.

Kartofu sahədən icazəsiz çıxarmaq istəyən şəxs isə Novruz Mansurov imiş, onun qardaşı da orada orada olub. Qardaşı evə gəldikdən sonra anasına Novruz Mansurovun əməlindən danışır, qardaşının işdən çıxan zaman özü ilə gətirdiyi çantada xəlvət iki-üç kilo kartof götürdüyünü və tutulduğunu bildirir.

Novruz evə gəldikdən sonra anasının məzəmmətinə məruz qalır. Səhəri günü iki qardaş yenidən kartof əkini sahəsinə gedirlər.

Sahədə iş görən zaman növbəni təhvil alan mühafizəçi Nəsimi İsmayılov fəhlələrə yaxınlaşaraq bir gün öncə kimin kartof oğurladığını soruşur, bu zaman Novruzun qardaşı onu kənara çəkərək məsələni danışır və qardaşının səhv etdiyini bildirir, üzrxahlıq edir.

Bundan sonra isə Nəsimi İsmayılov fəhlələrə xəbərdarlıq edir, bildirir ki, mühafizə rəisi mühafizəçiləri danlayıb və axşam bütün fəhlələr yenidən yoxlamadan keçəcəklər.

Onun xəbərdarlığını Novruz Mansurov hədələyici ton kimi başa düşür və bu. onun acığına gəlir, mühafizəçiyə cavab qaytarır, aralarında sözlü mübahisə yaranır.

İstintaq zamanı müəyyən edilib ki, həmin vaxt Novruz Mansurov Nəsimi İsmayılovun, qohumlarının ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.

Əlbəyaxa olarkən mühafizəçi cibində gəzdirdiyi turist bıçağını çıxararaq Novruzun ürək nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirir.

"Novruz Mansurov və yanında olan 3-4 nəfər fəhlə sahədə çoxlu sayda yığılmış 20 litrlik ağ rəngli plastmas su qablarının yanında oturaraq istirahət edirdilər. Novruz Mansurovgilin oturduğu su qabları ilə mənim aramda ən azı 100 metr məsafə olub. Mən onlara "işdən çıxan zaman mənə deyin, gəlib avtomobillərə və sizin zənbillərinizə baxış keçirəcəm" dedim. Novruz Mansurov üzərimə gələrək mənimlə söyüşlə danışdı, var-yox söyüşü söydü",-deyə Nəsimi İsmayılov ifadəsində göstərib.

Nəsimi cinayəti törətdikdən sonra ərazidən qaçıb, Novruzun qardaşı, digər fəhlələr isə yaralıya kömək ediblər. Onlar Novruzu xəstəxanaya çatdırsa da, sonuncu aldığı xəsarətdən ölüb.

Bir müddət gizlənən Nəsimi daha sonra özü könüllü polisə təslim olub.

Bu hadisə Nəsimi üçün həyatının 10 ildən çoxunu dəmir barmaqlıqlar arasında keçirməyi üçün əsaslar yaradıb.

Məhkəmənin hökmü ilə Nəsimi İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (Qəsdən adam öldürmə) təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 7198   Tarix: 13 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021