Avropa İttifaqı Azərbaycanla razılaşır: Şarl Mişelin BƏYANATI

Avropa İttifaqı Azərbaycanla razılaşır: Şarl Mişelin BƏYANATIAvropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.

Bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib:

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionunda inkişaf edən vəziyyət və Aİ-nin hər iki ölkə ilə əlaqələrinin gələcək istiqamətini müzakirə etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı qəbul edib.

Şarl Mişel hər iki lideri Aİ-nin hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında Ermənistan və Azərbaycanla yaxından işləmək öhdəliyinə sadiq olduğuna əmin edib. Hər üç liderin ortaq məqsədi regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz qurmaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli iki üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərə əməl ediləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların reallaşmalı olduğunu təsdiqləyiblər.

Şarl Mişel Ermənistan və Azərbaycan sərhədində son silahlı toqquşmalardan sonra gərginliyin azaldılmasını təmin etmək üçün hər iki liderin atdığı addımları yüksək qiymətləndirib.

Şarl Mişelin köməkliyi ilə hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsinin uğurla qurulması qeyd edilib. Bu mexanizm gələcəkdə baş verə biləcək insidentlərin qarşısını almağa və gərginliyin azaldılmasına kömək etməklə müsbət təsir göstərə bilər.

Aİ Şurasının Prezidenti əsas humanitar məsələlərin həllinin vacib əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan tərəfindən bu yaxınlarda on erməni məhbusun azad edilməsini alqışlayıb. Hər iki tərəfin humanitar jestlərinin etimadı gücləndirdiyini və sülhə doğru irəliləyiş üçün əlverişli mühitin yaradılmasına kömək etdiyini qeyd etməklə yanaşı, digər saxlanılanların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli kimi bütün humanitar problemlərin tam və tez həllinə çağırıb.

Aİ humanitar minatəmizləmə səylərini, həmçinin, ekspert məsləhəti və münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və rekonstruksiyaya dəstək verməyə davam edəcək. Aİ həmçinin Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini dəstəkləməyə davam edəcək.

Liderlər Aİ ilə hər iki ölkə arasında mövcud və perspektiv əsas ticarət-iqtisadi tərəfdaşlıqları müzakirə ediblər. Onlar həmçinin Aİ-nin regionda etimad yaratmaq, dinc yanaşı yaşamaya töhfə vermək və iqtisadi əməkdaşlığı qurmaq üçün iqtisadi məsləhət platforması yaratmaq niyyətini müzakirə ediblər.

Prezident İlham Əliyev və Baş nazir Paşinyan razılaşıblar ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanılması kontekstində yerlərdə gərginliyin azaldılması və danışıqlar üçün əlverişli mühitin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır.

Şarl Mişel həm İrəvanı, həm də Bakını fəal şəkildə xoş niyyətlə təmasda olmağa və gərginliyin azaldılması istiqamətində işləməyə çağırıb. O vurğulayıb ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi insidentlərin qarşısının alınmasının vacib elementidir. Aİ hər iki ölkəyə texniki yardım göstərməklə sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərini dəstəkləmək üçün ekspert missiyası/məsləhətçi qrupu təqdim edəcək.

Aİ Şurasının Prezidenti Şarl Mişel həmçinin bütün ölkələrin suverenliyinə tam hörmətlə edərək Ermənistanla Azərbaycan arasında xüsusilə də Cənubi Qafqaz kommunikasiya infrastrukturunun bərpasının vacibliyini vurğulayıb.

Qarşılıqlı prinsip əsasında sərhəd və gömrük nəzarəti üçün müvafiq tədbirlər görülməklə, dəmir yolu xətlərinin bərpasına davam etmək razılaşdırılıb.

Aİ özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq əlaqələnmə xətlərinin inkişafına dəstək verməyə hazır olduğunu qeyd edib. Təklif olunan iqtisadi məsləhət platforması da bu prosesi dəstəkləyə bilər.

Liderlər görüşlərinin nəticələrini izləmək və əlaqədə qalmaq barədə razılığa gəliblər", - Şarl Mişelin bəyanatında bildirilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1663   Tarix: 15 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xankəndidən verilən Zəfər mesajı

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf

11 noyabr
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rənglərinə büründü - Foto

Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, İstanbulda yerləşən məşhur körpü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib. Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Draqan Vladisavljeviç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsus

9 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Prezident Antalyada keçiriləcək COP31 Sammitinə qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 Sammitində iştirak edəcək. "Qafqazinfo" xəbər verir ki, bu haqda "TRT Haber" diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antaly

8 noyabr