Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA/FOTO)

Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA/FOTO)Yeni Günəşli qəsəbəsi, V massivi, Samir Cəfərov küçəsindəki avtobus dayanacağı sökülüb, yerində isə yenisi tikilməyib. Sakinlər yağışlı, küləkli havalarda daldalanmağa yer tapmırlar.

Bu barədə Qaynarinfo-ya qəsəbə sakinləri məlumat verib. Onların iddiasına görə, avtobus dayanacağı məmur tamahkarlığının güdazına gedib. Belə ki, həmin dayanacağın arxa tərəfində fərdi evlər və torpaq sahələri var. 80-ci illərdən qalma bu daş tikili isə həmin həyətlərdən birinə aparan yolu "kəsirmiş". Ona görə də Suraxanı rayon rəhbərliyinin göstərişi ilə sökülüb. İddialara görə, dayanacağın bir neçə kvadratmetrlik sahəsi həyətinə aparan yolu genişləndirmək istəyən "nüfuzlu sifarişçiyə" inanılmaz qiymətə - 5000 manata satılıb. Sakinlər əlavə edir ki, dayanacaq bir aydan çoxdur sökülüb, ondan üç-dörd metr aralıda yeni dayanacaq yaradılıb. "Yaradılıb" deyəndə ki, asfalta bir neçə sarı xətt çəkilib, vəssalam. Sakinlər soyuq, yağışlı havalarda daldalanmağa yer tapmırlar. Halbuki köhnəsi sökülməzdən əvvəl yenisi yaradılmalı idi.
"Digər tərəfdən, dayanacağın yerinin sürüşdürülüb bir neçə metr sağa-sola çəkilməsində məntiq tapmaq mümkün deyil. Əgər onun yeri satılmayıbsa, yerini dəyişməkdə nə məna var?", - deyə sakinlər sual edir.

Qaynarinfo-nun əməkdaşı Yeni Günəşli sakinlərinin bu iddiası ilə bağlı həmin ünvana baş çəkib. Oradakı dayanacaq doğrudan da sökülüb, ondan bir neçə metr aralıda açıq havada yenisi "yaradılıb" - asfalta bir neçə sarı cızıq çəkməklə. Sökülən tikili doğrudan da fərdi ev tikintisi üçün nəzərdə tutulmuş həyətlərdən birinə aparan yolun "üstündə" imiş... Bütün bunlar doğrudur. Bunları dəqiqləşdirmək elə də çətin deyil. Yalnız dayanacağın yerinin 5000 manata satılması barədə deyilənlərdə həqiqət payının nə qədər olduğunu söyləmək çətindir. Söz yox ki, bu torpaq sahəsinin kiməsə elə-belə, müftə-müsəlləm pay verildiyinə inanmaq da çətindir. İstənilən halda bir sakinin həyətinin yol problemi çözülmüş kimi görünür. Amma əvəzində yüzlərlə sakinin həyatı daha bir problemin ağırlığı altında qalır - dayanacaq probleminin..."

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sözügedən məsələnin qurumla hər hansı bir əlaqəsi olmadğını deyib:

"Qeyd edilən iddia ilə bağlı hər hansı bir fikir söyləyə bilmərəm. Çünki bu bizə aid olmayan bir məsələdir. Amma məlumat üçün bildirim ki, orda Bakı Nəqliyyat Agentliyinə aid olmayan köhnə daşdan tikilən dayanacaq pavilyonu var idi. Onun söküntüsü də BNA tərəfindən aparılmayıb. Hazırda orada pavilyon qoyulması üçün heç bir uyğun şərait yoxdur. Müvafiq icra qurumları ilk növbədə uyğun şərait yaratmalıdırlar ki, biz tərəfdən də pavilyon quraşdırılsın".
Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA/FOTO)Bakıda dayanacağı söküb yerini 5000 manata satıblar? (İDDİA/FOTO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 835   Tarix: 16 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə

8 noyabr
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

10 noyabr