Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqil dövlətçilik əzminin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciət də bu tarixi hadisənin siyasi, hərbi və mənəvi mahiyyətini bir daha ortaya qoydu.
Dövlət başçısının müraciətinin Xankəndidən səsləndirilməsi xüsusi siyasi və rəmzi məna daşıyır. Vaxtilə işğalın simvollarından birinə çevrilmiş bu şəhər bu gün Azərbaycanın suverenliyinin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpasının ifadəsinə çevrilib. Xankəndidə Zəfər memorialının ziyarət edilməsi və dövlət başçısının xalqa müraciəti Qələbənin artıq yalnız hərbi nəticə deyil, həm də ölkənin siyasi həyatında və milli yaddaşında möhkəmlənmiş tarixi reallıq olduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev müraciətində Vətən müharibəsində şəhid olmuş hərbçilərin xatirəsini ehtiramla yad edərək Qələbənin məhz onların canı və qanı bahasına əldə edildiyini vurğuladı. Bu məqam Zəfərin mənəvi mahiyyətini müəyyənləşdirən əsas amillərdəndir. Çünki Azərbaycan xalqı üçün 8 Noyabr yalnız sevinc və qürur günü deyil, həm də şəhidlərə ehtiram, qazilərə minnətdarlıq və gələcək nəsillər qarşısında tarixi məsuliyyət günüdür.
Dövlət başçısının müraciətində 44 günlük müharibənin hərbi nəticələrinə xüsusi diqqət yetirilməsi Azərbaycanın müasir hərb tarixində qazandığı üstünlüyün miqyasını göstərir. Prezidentin qeyd etdiyi kimi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edilmiş, Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olmuşdur. Bu Qələbə illərlə formalaşdırılmış hərbi potensialın, düzgün strateji planlaşdırmanın, xalq-ordu birliyinin və siyasi iradənin nəticəsi idi.
Müraciətin mühüm siyasi mesajlarından biri Azərbaycanın heç vaxt işğalla barışmadığının bir daha vurğulanmasıdır. Uzun illər ərzində beynəlxalq müstəvidə münaqişənin həlli ilə bağlı müxtəlif yanaşmalar irəli sürülsə də, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. Dövlətin ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştsiz mövqe nümayiş etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan həm diplomatik müstəvidə öz mövqeyini qorudu, həm də hərbi gücünü artıraraq tarixi ədalətin bərpasına nail oldu.
Bu baxımdan, Zəfər Günü münasibətilə səsləndirilən müraciət keçmişin xatırlanması ilə məhdudlaşmır. O, həm də Azərbaycanın gələcək inkişaf istiqamətlərinə dair mühüm siyasi mesajları özündə birləşdirir. Prezidentin Azərbaycanın siyasi, iqtisadi və hərbi baxımdan heç kimdən asılı olmayan, müstəqil siyasət aparan güclü və ləyaqətli dövlət olması barədə fikirləri Qələbənin yaratdığı yeni geosiyasi reallığın mahiyyətini ifadə edir.
Azərbaycanın qazandığı Zəfər göstərdi ki, dövlətin gücü yalnız hərbi imkanlarla ölçülmür. Bu gücün əsasında iqtisadi dayanıqlılıq, milli birlik, siyasi sabitlik, güclü ordu və xalqın öz dövlətinə inamı dayanır. 44 günlük Vətən müharibəsində xalqın nümayiş etdirdiyi həmrəylik Azərbaycanın ən böyük strateji üstünlüklərindən biri kimi tarixə düşdü.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri Zəfərin nəticələrini dayanıqlı inkişafla möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirmək, Böyük Qayıdış proqramını uğurla həyata keçirməkdir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan müasir infrastruktur, yenidən qurulan yaşayış məntəqələri, açılan məktəblər, xəstəxanalar və iqtisadi imkanlar Qələbənin sülh və inkişaf mərhələsinə keçidini təmin edir.
Prezident İlham Əliyevin müraciətinin əsas ideyalarından biri də Azərbaycanın bundan sonra elə güclü olması zərurətidir ki, heç kim ölkəmizə qarşı təhdid və təzyiq göstərmək barədə düşünməsin. Bu fikir təkcə hərbi qüdrətin artırılması çağırışı deyil, həm də iqtisadi müstəqilliyin, milli təhlükəsizliyin və beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsinin strateji istiqamətidir.
8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində əbədi yaşayacaq bir Qələbənin rəmzidir. Prezident İlham Əliyevin Xankəndidən ünvanladığı müraciət isə bu tarixi Qələbənin siyasi və mənəvi məzmununu bir daha təsdiqlədi. Azərbaycan xalqı öz birliyi, iradəsi və qəhrəmanlığı ilə tarix yazdı. Bu gün həmin tarixi qorumaq, dövlətin gücünü artırmaq, milli həmrəyliyi möhkəmləndirmək və gələcək nəsillərə suveren, qüdrətli Azərbaycan miras qoymaq hər birimizin qarşısında duran mühüm vəzifədir.
Jalə Əliyeva
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
Jurnalist Elnur Şükürov həbs edildi
Xankəndi Stadionu açıldı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO