Bakıda iki qardaş dörd evdən oğurluq etdi - ANBAAN VİDEO + FOTO
Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində dörd mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin Dursunov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar.
Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.
Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər.
Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar edilib.
Faktlarla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Onların paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Şahin və Sərvin Dursunovların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Xətai Rayon Polis İdarəsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 16 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabr