Restoranda hesabı qadın ödəməlidir, yoxsa kişi? MƏŞHURLARIN CAVABI
Hər xalqın, ölkənin özünə məxsus adət-ənənələri var. Azərbaycanda da bəzi "yazılmamış qanunlar" mövcuddur. Bunlar isə bir çox hallarda mübahisə doğurur. Məsələn, onlardan biri də cütlüklər restoran, kafe, bara gedərkən hesabı kimin ödəməsi ilə bağlıdır.
Siz necə hesab edirsiniz, kişi ilə qadın iaşə müəssisəsində yemək yeyirsə, hesabı kim ödəməlidir?
Lent.az bununla bağlı yazıçı, deputat və şairlər arasında sorğu keçirib. Həmin sorğunun cavablarını sizə təqdim edirik.
Şair Cəlil Cavanşir: "Məncə müştərək, "alman hesabı" olsa daha yaxşıdır. Həyat paylaşanda gözəldir".
Cəlil Cavanşir
Deputat Aqil Abbas: "Hesabı kim ödəməlidir?! Təbii ki, kişi. Bizim mentalitetimiz var. Mən heç dostlarımla gedəndə hesabı kiminsə ödəməyinə icazə vermirəm".
Yazıçı-jurnalist İradə Tuncay: "Mən həmişə restorana həyat yoldaşımla gedirəm. Belə isə düşünürəm ki, kimin pulu çoxdursa, hesabı o ödəməlidir".
Aqil Abbas və həyat yoldaşı İradə Tuncay
Şair Ulucay Akif: "Düşünürəm ki, feminist xanımlar hesabı özləri verməlidi, feminist olmayan xanımlarla isə hesabı almansayağı, "nemetski şot" da ödəmək olar".
Ulucay Akif
Media eksperti Qulu Məhərrəmli: "Bizim mentalitetimizə görə, hesabı kişi ödəməlidir. Hansısa qadın mən olan yerdə hesab ödəsə, mən özümü çox pis hiss edərəm".
Yazıçı-publisist Zemfira Məhərrəmli: "Azərbaycanda elədir ki, hesabı kişi ödəməlidir. Amma imkansızlıq olarsa, qadın da ödəyə bilər".
Qulu Məhərrəmli və həyat yoldaşı Zemfira Məhərrəmli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1297 Tarix: 17 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr