Ərzaq qiymətləri bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Son aylar ölkəmizdə ərzaq qiyməti sürətlə artırılır. Tarif şurası 5 artırırsa, marketlər 15 əlavə edir. Yay aylarında 100 AZN-ə 10 günlük bazarlıq etmək olurdusa, bu gün həmin məbləğ 3 günə bəs edir. Nəzərə alsaq ki, insanların aldığı maaş qiymətlərə görə aşağıdır, qiymətlərin də ona uyğun tənzimlənməsi daha məqsədəuyğun olardı. Bəs süni qiymət artımlarına kim və necə nəzarət etməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas açıqlama verib.
O, süni qiymət artımının qarşısının təcili alınmalı olduğunu vurğulayıb:
"Dövlət bir qiymət təyin edir, mağaza sahibi topdan satış qiymətinə alır və özü faiz əlavə edib satır. Elə şeylər var ki, dövlət onun qarşısını mütləq almalıdır. Bəzi şeylər də var ki, onların qiymətini Tarif Şurası müəyyənləşdirmir, buna bazar iqdisadiyyatı nəzarət edir.
Dövlətin vergi orqanları, qida təhlükəsizliyinə nəzarət edən qurumları var. Xüsusən vergi orqanları marketləri gəzib, hansı ərzağın qiymətinin nə qədər artırıldığını görməlidir və bunun qarşısını dərhal almalıdır.
Bazara girə bilməzlər, çünki orada qiymətləri məhsulu gətirən adam təyin edir. Amma lazımi orqanlar mağazalara nəzarət edə bilərlər.
Bayrama görə şəhərdə yarmarkalar açılıb, qiymətlər də ucuzdur. Amma iş bununla bitmir, çünki belə yarmarkalar təkcə bayramlarda olur. Mütləq vəziyyət nizamlanmalıdır, süni artım edənlər isə cəzalandırılmalıdırlar".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1648 Tarix: 17 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr