"Hökumət, üzü istehlakçılara doğru çevrilsin, elə bir mexanizm yaradılsın ki..." - AQTA-dan MÜRACİƏT
Son günlər dönərdən zəhərlənmə halları gündəmdədir. Bakıda və Şəkidə ard-arda zəhərlənmə halı baş verib. Maraqlıdır, dönərxanalar, kafelər nəzarətdə saxlanılmır? Neçə müddətdən bir yoxlanışlar gedir? Rayonlarda da belə yerlərə nəzarət olunurmu? Qarşıdan yeni il gəlir və insanlar daha çox bu tip məkanlara üz tutacaq. Bəs məsələylə bağlı hansı tədbirlər görülür?
Mövzuyla əlaqədar Sonxeber.az-a "Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov münasibət bildirib.
Onun sözlərinə görə, zəhərlənmələrin artması səhv işin nəticəsidir və bu gedişlə say daha da artacaq:
"Qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında, o cümlədən, dönərxanalarda problemlər var. Bütün qida zəncirində iştirak edən subyektlər, yəni qidanı əkən, daşıyan, anbarda saxlayan, satan, hər bir qida istehlakçısı izlənilməlidir.
Qidalar, ümumiyyətlə, soyuq zəncir üzərində hərəkət etməlidir. Qida işi ilə məşğul olan hər kəs Qida Təhlükəsizliyi Agentliyində reyestra daxil olmalıdır.
Çox təəssüflər olsun ki, reyestra daxil olmaq işi könüllüdür. Reyestra daxil olan qida yerlərində vaxtaşırı olaraq Qida Təhlükəsizliyi Agentliyi müəyyən monitorinqlər keçirir, maarifləndirmə işləri görür, təmənnasız olaraq kömək edir. Lakin bu, könüllü olduğu üçün bir çox qida zəncirində iştirak edən subyektlər Qida Təhlükəsizliyi Agentliyində reyestra daxil olmur. Ona görə də Qida Təhlükəsizliyi Agentliyi planlı yoxlamalar keçirə bilmir.
Çox təəssüflər olsun ki, hökumətin biznes qurumları üçün yaratdığı şəraitdən sui-istifadə olunur: nəinki reyestra daxil olmurlar, ümumiyyətlə, öz istədikləri malı satırlar.
Təsadüfi deyil ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi at, eşşək əti, murdar olmuş heyvan ətlərinin daşınmasını ifşa etmişdi. Bu onu göstərir ki, doğurdan da bu sahədə böyük nəzarətsizliklər var. Ona görə hökumət elə bir iş aparmalıdır ki, cəld reaksiya mexanizmi olsun.
Hazırda Qida Təhlükəsizliyi Agentliyinin *1003 qaynar xətti var. Bir yerdə təhlükəli qida satılarsa, istehlakçı bu qaynar xətt vasitəsilə məlumat verdikdə agentlik məsələyə dərhal müdaxilə edə bilməz. Bu halda Qida Təhlükəsizliyi Agentliyi gərək Ədliyyə Nazirliyinə müraciət etsin. Bundan sonra Ədliyyə Nazirliyi qarşı tərəfə məlumat verir ki, yoxlama gəlir. Aradan 5 gün keçir və o vaxta kimi hər şey itib gedir, heç nəyi yoxlamaq mümkün olmur. Bu səhv işin nəticəsidir ki, zəhərlənmələr artır və get-gedə də artacaq.
Sizin vasitənizlə müraciət edirik ki, hökumət, üzü istehlakçılara doğru çevrilsin. Elə bir mexanizm olsun ki, Qida Təhlükəsizliyi Agentliyi də cəld reaksiya göstərə bilsin.
Biz təklif edirik ki, ilk öncə cəld reaksiya mexanizmi olsun, daha sonra yoxlamalar, monitorinq sadələşdirilsin, Qida Təhlükəsizliyi Agentliyi hər an istədiyi yerdə yoxlama keçirə bilsin. Bundan əlavə, bütün dönərxanaların üzərində Qida Təhlükəsizliyi Agentliyinin qaynar xətti yazılsın ki, istehlakçılar təhlükəli qida görəndə hara müraciət etməli olduqlarını bilsinlər. Dönərxanalar dönərin ətini dövlətin müəyyən etdiyi iki yerdən almalıdır.
Mən Qida Təhlükəsizliyi Agentliyində İctimai Şuranın üzvüyəm və bu məsələləri qaldıracağam ki, həll olunsun".
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi