Bakı metrosunda vətəndaşlardan ETİRAZ: Süni sıxlıq, yoxsa pandemiya qaydaları?
Metronun "Elmlər Akademiyası" stansiyasında sıxlıq vətəndaşların narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, metro stansiyanın ikinci çıxışında metronun altı giriş qapısından yalnız biri açıqdır və sərnişinlər növbəlilik prinsipinə riayət edə bilmir.
Sərnişinlərin metro stansiyaya daxil olması üçün ən azı 20 dəqiqə vaxt lazımdır. Vətəndaşları metroya bir-bir, iki-iki buraxdıqları üçün uzun növbə yaranıb. Sərnişinlərin metropoliten işçilərinə və orada xidmət aparan polis əməkdaşlarına irad bildirməsi isə nəticə verməyib.
Vətəndaşlar hər gün bu cür mənzərə ilə qarşılaşdıqlarını deyərək, etiraz ediblər.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, "Elmlər Akademiyası" metro stansiyasının ikinci çıxışında yaranan izdiham universitetlərdə dərs vaxtının bitməsi ilə əlaqəlidir:
"Metropolitenin fəaliyyəti ilə bağlı problem yoxdur. Qatarlar interval üzrə hərəkət edirlər. Yaranmış izdiham universitetdə dərs saatlarının başa çatması ilə bağlıdır. Pandemiya dövründə sərnişinlərin ardıcıl şəkildə yoxlanılaraq, stansiyaya daxil olması təmin edilir. Bu proses hər gün eyni qaydada aparılır. Məqsəd sərnişinlərin təhlükəsizliyini təmin etmək üçündür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1235 Tarix: 17 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrBu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
10 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabr