Bakıda telefonu olan məktəblilərə qarşı qeyri-adi DƏLƏDUZLUQ
Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq edən əvvəllər məhkum olunmuş Samir Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, onun müxtəlif vaxtlarda paytaxtın bir neçə rayonunda 10 nəfərə yaxınlaşaraq danışmaq adı ilə onların mobil telefonunu alıb daha sonra qaytarmayaraq ələ keçirdiyi müəyyən edilib. S.Əliyevin aldadtığı şəxslər arasında məktəblilər də olub. Onun zərərçəkənlərə 5 min manatdan artıq maddi ziyan vurduğu müəyyən edilib.
Araşdırma zamanı saxlanılan şəxsin paytaxtın Nizami rayonunda quldurluq, Nərimanov rayonunda isə soyğunçuluq etdiyi üçün axtarışda olduğu məlum olub.
Faktlarla bağlı S.Əliyev barəsində 16-Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün istintaqa göndərilib. Onun paytaxt ərazisində başqa şəxslərə qarşı analoji cinayətlər etdiyi istisna olunmur. S.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov rayon Polis İdarəsinə, 16-cı Polis Bölməsinə və ya ərazi üzrə polis orqanlarına məlumat verə bilərlər.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1350 Tarix: 17 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr