Ələtdəki dəhşətli qəzanın təfərrüatı: Sürücü narkotik qəbul edibmiş - FOTO
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Ələt qəsəbəsi ərazisindən keçən 61-ci kilometrliyində baş verən qəzada "Ford Transit" markalı mikroavtobusun sürücüsünün narkotik vasitə istifadə etdiyi məlum olub.
Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, 17 dekabr 2021-ci il tarixdə saat 19:45 radələrində 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi "Ford Transit" markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan, 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi VAZ-2105 markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Qəza nəticəsində "Ford Transit" markalı mikroavtobusda olan sərnişinlər 2001-ci il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Fizuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.
Hadisədən sonra tibbi müayinə zamanı "Ford Transit" markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və o, özü də bunu etiraf edib.
Bununla yanaşı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.






Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1301 Tarix: 18 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12 oktyabrBaşı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
4 oktyabrKürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı - ADY-dən açıqlama
Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hans
18 oktyabrLənkəranda 5 uşaq anası ərini bıçaqladı: Əvvəl də döyübmüş
Lənkəranda arvad ərini döyərək bıçaqlayıb. -ın məlumatına görə, hadisə Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini Şadil Məmmədov (soyad şərtidir - red.) birinci ailəsindən boşanmış 4 uşaq anası olan Aytənlə evlənib. Bir müddətdən sonra onların bir övladı olub. Bir neçə gün əvvəl Şadil işdən ev
14 oktyabrİsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
İsmayıllı rayonunda bir nəfərin ölümü, iki nəfərin isə ağır xəsarət alması ilə nəticələnən zəncirvari qəzanın ilkin səbəbi məlum olub. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, oktyabrın 16-da saat 15 radələrində rayonun Balik kəndi ərazisində Göyça
17 oktyabrAzərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra ölüb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərdəki özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı dünən əməliyyat olunub və əməliyyatdan sonra həyatını itirib. İlkin məlumata görə, müğənnini
11 oktyabr14 yaşlı qız dəm qazından öldü
Zaqatala rayonunda 14 yaşlı qız dəm qazından boğulub. "Qafqazinfo" xəbər verir ki, hadisə bu gün saat 3 radələrində şəhərin Vidadi küçəsindəki mənzillərin birində baş verib. Şəhər sakini 2012-ci il təvəllüdlü Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırm
12 oktyabrBakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi
Bakıda üzərində narkotik tapılan dənizçi saxlanılıb. -a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti adla) qaçaqmalçılıqda ittiham olunur. Məlumata görə, Rusiya bayrağı altında üzən "Mirvari" gəmisində vəzifəli şəxs kimi işləyib. Bakıdan Türkmənistana həmin gəmi ilə gedərkən onu
18 oktyabr