Azərbaycanda yarım milyon manatlıq qızıl oğurlayan dəstə üzvləri ələ keçdi - FOTO/VİDEO
Tovuz Rayon Polis Şöbəsinə bu ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyri-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyalarının oğurlaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri - Nemət Abbasov, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 2800 manat nağd pul və ümumi dəyəri 500 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salıb, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar.
Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 981 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr