"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu
"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək.
"Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib.
C. Zamanlının sözlərinə görə, seçim turunda ümumilikdə 132 uşaq iştirak edib. Seçim mərhələsinin nəticələrinə əsasən, 3-14 yaş aralığında olan 30 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Layihə rəhbəri bildirib ki, "Fayda" İş Adamları Platformasının baş sponsorluğu ilə final gecəsi noyabrın 30-da saat 18:00-da "Elektra Events Hall"da təşkil olunacaq.
Cavid Zamanlı qeyd edib ki, müsabiqənin qalibləri üç fərqli səsvermə mexanizmi əsasında müəyyənləşdiriləcək:
1. Bilet alan tamaşaçıların səsverməsi;
2. Peşəkar münsiflər heyətinin səsverməsi;
3. Layihənin idarə heyətinin səsverməsi.
Final gecəsində iştirak etmək istəyənlər biletləri Tixy.az platformasından əldə edə bilərlər. Biletlər bu link vasitəsilə satışdadır.
Qeyd edək ki, bilet əldə edilərkən "Hansı iştirakçıya səs verirsiniz?" bölməsində seçim etməklə tamaşaçılar dəstəklədikləri finalçıya səs vermiş olacaqlar.
Layihənin final gecəsində tanınmış və peşəkar simalardan ibarət münsiflər heyəti iştirak edəcək. Onların sırasında Azərbaycanın tanınmış modelyeri Fəxriyyə Xələfova da yer alacaq. Digər tanınmış münsiflərin də qatılacağı gecədə qaliblər müəyyənləşdiriləcək.
Müsabiqənin qaliblərinə təşkilatçılar və layihənin sponsorları tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq.
Gecənin musiqili qonağı tanınmış müğənni Elvin Babazadə olacaq. Bununla yanaşı, digər sənətçilərin də çıxışları ilə final mərasiminin maraqlı və yaddaqalan şou proqramı ilə müşayiət olunacağı gözlənilir.
Əlaqə: +994 77 741 85 85
Instagram: @missmisterkidsofazerbaijan
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır