15 yaşı tamam olmayanlara şəxsiyyət vəsiqəsi veriləcək
Milli Məclisin iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Oxu.Az-ın məlumatına əsasən, layihə səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, layihədə 15 yaşı tamam olmamış vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi təklif olunur.
Digər bir dəyişiliklə həmin vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdiriləcək, ancaq şəxsi imzası göstərilməyəcək.
Bundan əlavə, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək.
Layihəyə əsasən, 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı olanadək etibarlı olacaq.
Hazırda "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunda əksini tapan və gələn il yanvarın 1-nə qədər qüvvədə olan keçid müddəalarına əsasən 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 987 Tarix: 20 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd
10 noyabrGüclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
10 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabr