"Oranı keçənə kimi dua edə-edə gedirik" - Qaranlıq yollara nə zaman işıq çəkiləcək?
Sabunçu rayonunda bəzi yolların qaranlıq olması təhlükə yaradır.
Sonxeber.az-ın redaksiyasına mövzuyla bağlı şikayət daxil olub.
Şikayətçi Günay xanım həmin ərazidə maşın sürdüyü zaman qarşısına piyadanın çıxacağından, qəza baş verəcəyindən qorxduğunu bildirib:
"Bakıxanov tərəfdən də, Suraxanı rayonu istiqamətindən də Qaraçuxura gələndə yollarda işıqlandırma yoxdur. Bu yollar Sabunçu rayon İcra Hakimiyyətinin tabeliyindədir. Biz saat 07:00, 07:15-də bu yollardan keçib işə gedirik. Küçə Səttar Bəhlulzadə adınadır. Oranı keçənə kimi dua edə-edə gedirik ki, qarşımıza bir piyada çıxmasın. Yollar bərbad vəziyyətdədir, qapqaranlıqdır. Maşının da işığı yalnız öz qarşısını işıqlandıra bilir. Biz yolu normal gedə bilmirik. Piyadalar, maşınlar, yol keçənlər, məktəblilər təhlükə qarşısındadırlar. Artıq 3 gündür ki, şikayət yazmışam, lakin müraciətimə baxılmır. Sabunçu rayon İcra Hakimiyyətinin rəsmi "Facebook" səhifəsinə yazmışam, ona da baxılmayıb. Bilmirəm, başqa nə edim ki, bu problem həllini tapsın".
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Həmin ərazinin iki rayon arası kəsişmə olduğunu və sözügedən küçənin Suraxanı rayon İcra Hakimiyyətinə aid olduğunu qeyd etdilər.
Suraxanı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zəngimiz cavabsız qaldı.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2292 Tarix: 23 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrPensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabr