BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmayıb

BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmayıbBakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 11 il BDU-da çalışıb: "Əvvəllər təsərrüfatın maşınını sürürdüm, sonra sexə baxırdım. 600 manat maaş alırdım. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər. O zaman maaşım bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı. Onun qəbuluna yazıldım. Fikrimi ona deyəcəkdim. Lakin onun qəbuluna düşə bilmədim. Universitetdən dedilər ki, struktur dəyişikliyi olacaq, o zaman maaşlar bərpa olunacaq".

Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfərlərlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: "İki ildən sonra struktur dəyişikliyi baş verdi. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxs gəldi. Yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişilikliyi olsa da, maaşım dəyişmədi. Sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onunla görüşdüm. Dedi bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay gəldi ki, sənin maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər. Mirzə müəllimin yanına getdim. Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm avandalıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da vardı. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir mənə söz verirsiz ki, maaşın qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərimin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan aşağı düşdüm. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəldirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin mən iki il maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borcların çox idi".

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev dindirilib.

O, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışdığını deyib: "Hadisə olan vaxt 1 il 10 ay idi ki, universitetdə çalışırdım. İsmixanı üzdən tanıyırdım. Lakin iki dəfə ünsiyyətimiz olub. Birinci dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliyə aid məsələlərlə bağlı məhkəməyə müraciət edəcək. Mən də bununla bağlı rektora məruzə edəcəyimi dedim. 2020-ci ildə yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım ki, məlum oldu ki, rəhbərlik dəyişən ərəfədə bunu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Mən ona dedim ki, struktur dəyişikliyi olan zaman ştatlar açılacaq. O zaman başqa bir vəzifəyə keçmək şansı olar. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim çərcivəsində deyil. Oğlu ilə lap yaxşı münasibətim var. O da bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra İsmixan şöbə müdiri ilə yenə yanıma gəlmişdi. Rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi fəhlə işləmək istəmir, fəhlə kimi qalsa, öz avadanlıqları var, götürərək gedəcək. Dedim məsələni prorektora danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi. Ayaq üstəydim. Əlində sənədlər vardə. Dedi ki, mənə aşağıdan deyiblər işdən çıxmalısan. Dedim ki, məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşdı və qəfildən bıçaqla məni vurdu. Heç gözləmirdim. Sonra Şahlar içəri girdi, onu da vurdu. Sonradan xəbərim olmadı. Mənə indiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı".

M. Mirzəyev təqsirləndirilən şəxsə qarşı hər hansı bir iddiasının və şikayətinin olmadığını deyib.

Digər zərərçəkən Şahlar Bəgalıyev 1993-cü ildən universitetdə komendant işlədiyini deyib və hadisə günündən danışıb. Bildirib ki, həmin gün M. Mirzəyevin otağına gedib, içəri girəndə görüb ki, Mirzə müəllim İsmixanı itələyir: "Yaxınlaşıb ayırmaq istədim. İsmixana yaxınlaşanda məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçağı görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi".

Ş. Bəgalıyev də şikayətçi olmadığını deyib.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İsmixan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1414   Tarix: 23 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr