Sakinlər "ASP" MTK-dan şikayətçidir - "Binaya girmək üçün pul veririk"

Sakinlər "ASP" MTK-dan şikayətçidir - "Binaya girmək üçün pul veririk"Bakıda sakinlər yaşadıqları binada əsassız qiymət artımından şikayət edirlər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına bir qrup sakin tərəfindən şikayət məktubu göndərilib.

Söhbət paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92 A ünvanında yerləşən "ASP" MTK (ticarət nişanı "Melissa Group") yaşayış kompleksindən gedir.

Sakinlər iddia edirlər ki, sözügedən yaşayış kompleksinin qarajında 01.01.2022-ci il tarixindən standart parkinq yerləri üçün aylıq ödənişlərin 75 manatdan başlayacağı qeyd edilən elan vurulub:

"Hazırda parkinq yerləri üçün aylıq ödəniş 50 manatdır. Elanda isə bu qiymətlərin fövqəladə şəkildə qaldırılacağı əks olunur. Bu elanın kim tərəfindən yerləşdirildiyi bilinmir. Üstəlik aylıq ödəniş edilən zaman heç bir sənəd verilmədiyi üçün xidmət göstərən tərəfi də müəyyənləşdirmək çətindir. Ümumiyyətlə münasibətlər müqavilə ilə rəsmiləşdirilmədiyindən göstərilən xidmətin məzmunu və xidmət göstərən tərəfin öhdəlikləri də bəlli deyil. Faktiki olaraq sakin kimi öz yaşadığımız binaya girmək üçün şlaqbaumun qaldırılmasına görə pul ödəyirik. Bununla bağlı dəfələrlə tikinti şirkətinin rəsmi nümayəndələri ilə görüşmək istədiyimizi bildirmişik. Bir dəfə bizimlə görüş oldu, dinlədilər.

İki gün ərzində məsələ ilə bağlı bir nəticəyə gəlinəcəyi deyilsə də, bu günə qədər bir söz deyən olmayıb. Sakinlər adından artıq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyliyə rəsmi müraciət ünvanlamışıq. İnanırıq ki, aidiyyəti üzrə dövlət qurumları bu cür əsassız qiymət artımı cəhdlərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər görəcəklər".

Məsələ ilə bağlı "ASP" MTK yaşayış kompleksinin rəsmi səhifələrində qoyulan əlaqə nömrələri ilə dəfələrlə əlaqə saxladıq. Cavab verən əməkdaşlar rəsmi açıqlama verə biləcək səlahiyyətdə olmadıqlarını və səlahiyyətli nümayəndələrin hazırda ofisdə olmadığını dedilər.

Nəhayət üç gün rəsmi nümayəndə axtarışından sonra Arzuman adlı nümayəndənin əlaqə nömrəsini əldə etdik.

Bir neçə cəhddən sonra zəngə cavab verən Arzuman bəyə sakinlərin qaraj qiyməti ilə bağlı artımlardan narazı olduqları, şikayət ünvanladıqları barədə məlumat verildik. Məsələyə münasibət bildirməsini xahiş etsək də, o da aidiyyəti şəxslərin tədbirdə olduğunu bildirdi. Gün ərzində səlahiyyətli şəxslərin redaksiya ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmələrini rica etsək də təəssüf ki, əlaqə saxlayacaq səlahiyyətli nümayəndə tapılmadı.

Sakinlərin də dediyi kimi, görünən odur ki, doğrudan da nə problemin mənbəyi, nə də həlli üçün müraciət ediləcək bir tərəf yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1446   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr