Məşhur bazar bağlanır? - VİDEO
"Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki kolxoz bazarındayıq. APA TV-nin qaynar xəttinə daxil olan məlumat əsasında gəldiyimiz kolxoz bazarının söküləcəyini, heç bir xəbərdarlıq olunmadan bazarın köçürüləcəyini deyirlər. Məsələnin mahiyyətini həm alıcı, həm də satıcılardan soruşduq".
Satıcılar deyir ki, bura sökülsə nə edək, hara gedək bilmirik. Heç olmasa, bizə vaxt və yer versinlər. Onların sözlərinə görə, heç kim dəqiq bir məlumat vermir.
Satıcılar bildirir ki, əgər bu dövlət tədbiridirsə, izah eləsinlər, yol göstərsinlər, biz də anlayaq: "Buranı əlimizin zəhməti ilə düzəltmişik. Hər iki-üç adam gəlir ki, veş-vüşünü götür çıx. Baxır, o xırda mağazaları belə özümüz səliqəyə salmışıq. Səliqə, sahman öz yerində, alıcı razı, satıcı razı, kimə mane oluruq ki?"
Məlumat üçün deyək ki, Bakının Binəqədi rayonun ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır. Bu statistik göstəricilər Binəqədi İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Ən maraqlısı isə budur ki, söküləcəyindən ehtiyat edilən kolxoz bazarı ərazidə kənd təsərrüfatı mallarının böyük çeşiddə satıldığı yeganə ticarət obyektidir. 2002-ci ildən fəaliyyət göstərən bazara bütün məhsullar bölgələrdən gətirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5284 Tarix: 25 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrBakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr