Bu məktəb uçmaq təhlükəsi ilə üz-üzədir - Fotolar
Biləsuvar rayonu, Melioratorlar qəsəbəsində yerləşən 1 nömrəli məktəb qəzalı vəziyyətdədir. Məktəbin tavanında və divarlarında yaranan çatlar təhlükəli həddə çatdığından təhsil müəssisəsinin ikinci mərtəbəsində tədris dayandırılıb.
Bu barədə "Qafqazinfo"ya valideynlər müraciət edib. Onların sözlərinə görə, məktəbin uçmaq təhlükəsi var: "2012-ci ildə təmir işləri aparılsa da, problemi həll etmək mümkün olmayıb. Qəsəbədə məktəb 40 ilə yaxındır olsa da, xüsusi binası olmayıb, başqa müəssislərin binasında fəaliyyət göstərib. 2006-cı ildən yeni məktəb binası tikilib. Lakin tikinti işləri aparılarkən normalara əməl olunmayıb, keyfiyyətsiz tikilib, nəticədə cəmi bir il sonra binadakı problemlər özünü göstərməyə başlayıb. Birinci mərtəbədə döşəmə torpaq səthinə vurulduğundan tamamilə yararsız olub. Əvvəlcə ikinci mərtəbənin divarlarında çat yaranıb, getdikcə təhlükəli həddə çatıb. 2012-ci ildə məktəbdə müəyyən təmir işləri aparılsa da, problemin həllində əhəmiyyətsiz olub. Hazırda bina uçmaq təhlükəsi ilə üz-üzədir".
Problemlə bağlı məktəbin direktoru Ağaverdi Məmiyevlə əlaqə saxladıq. O, "Qafqazinfo"ya açıqlamasında məktəbin divarlarında çat yarandığını təsdiqləsə də, vəziyyətin təhlükəli həddə olmadığını bildirdi: "Məktəb deyildiyi qədər təhlükəli həddə deyil, yalnız divarlarda müəyyən çatlar var. Artıq Təhsil Nazirliyinin tikinti şöbəsindən gəlib binaya baxış keçirib, ölçüb aktlaşdırıblar. Qəsəbədə yeni məktəb binasının tikilməsi ilə bağlı qərar verilib. Lakin əvvəlcə sənədlər, layihə hazırlanmalıdır. Ondan sonra tikintinin nə vaxt aparılacağı müəyyənləşəcək".
Məsələ ilə bağlı Təhsil Nazirliyinə də sorğu göndərdik, məsələ araşdırıldıqdan sonra cavab veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda sözügedən məktəbdə 180 şagird təhsil alır. "Azəraqrartikinti " ASC tərəfindən tikilən bina 120 şagird üçün nəzərdə tutulub və binada 9 sinif otağı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı