Uşaqların təhsil göstəricilərinə hansı amillər təsir edir? (ARAŞDIRMA)

Uşaqların təhsil göstəricilərinə hansı amillər təsir edir? (ARAŞDIRMA)Genetik amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz qaldığı sözlər, yaşantılar onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi sözlərin sayının da zəka inkişafında rolu var. Uşaq körpə vaxtdan nəyə məruz qalırsa, daha çox onu xarakterində göstərir.

Bu fikirləri "Kaspi" qəzetinə açıqlamasında Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov deyib.

Hər bir valideyn övladının yaxşı oxumasını, orta məktəbi yüksək göstəricilərlə başa vurmasını istəyir. Amma heç də bütün şagirdlərin nəticələri arzulanan səviyyədə olmur. Sual yaranır ki, bütün uşaqlar məktəbi əla qiymətlə başa vuracaq qabiliyyətə sahibdirmi? Ümumiyyətlə, uşaqların təhsil göstəricilərinə təsir edən hansı amillər var?

Uşaqlara sevgi və uğur

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmovunsözlərinə görə, bütün uşaqların eyni dərəcədə bütün fənlərdən uğur qazanması mümkün deyil: "Bütün uşaqlar bir fəndən uğur qazana bilərmi? Xeyr. Hər bir insanda hər hansı bacarıq daha güclü, digəri daha zəif olur. Və buna təsir edən amillər də olur. Genetik amillər, azyaşlı dövründə - 1-2 yaşlarında məruz qaldığı sözlər, yaşantılar onun davranışlarına və zəkasına təsir edir. Eşitdiyi sözlərin sayının da onun zəkasında rolu var. Uşaq körpə vaxtdan nəyə məruz qalırsa, daha çox onu xarakterində göstərir. Ona görə də, uşaqlar ailə qayğısı görməlidirlər, heç bir halda "bunu niyə bildin, bunu niyə bilmədin" tərzində mühakimə olunmamalıdırlar. Ailələri tərəfindən dəstəklənən, sevgiyə məhrum qalmayan uşaqlar uğurlu olurlar".

Arıqlığın, köklüyün təsiri

Q.Məhərrəmov deyir ki, ümumilikdə, uşaqların dərs çalışmağında və uğurlu olmağında fərqli yaşlarda müxtəlif amillərin təsiri dəyişir. Erkən yaşlarda uşaqların uğurlarında ailə, valideyn amilinin təsiri yuxarı səviyyədə olur: "2Bununla yanaşı, uşaqların fiziki və psixoloji sağlamlıqları, qidalanmaları, fiziki ehtiyaclarının qarşılanmağı, isti yerdə olmaları, utanmamaqları, ac olmamaqları, hətta ayaqyolu ehtiyacının olub-olmamağı – bunların hamısının onların sinifdəki uğurlarında rolu böyükdür. Sinifdəki uğurları isə dərsləri öyrənmə qabiliyyətinə təsir edir. Nevroloji vəziyyəti, arıqlığı, köklüyü, ona qarşı insanların, şagird yoldaşlarının münasibəti və s. də təsir edir".

Valideynlərin nəzarəti

Q.Məhərrəmov bildirdi ki, valideynlərin övladlarının evdəki təhsil həyatlarına, boş vaxtlarına nəzarəti də nəticələrə təsirsiz ötüşmür: "Onların İKT alətləri ilə münasibətlərinə - oyun oynamaq, video izləmək saatlarına nəzarət edilirsə, müəyyən bir məhdudiyyət varsa, əlbəttə, şagirdlər daha uğurlu olur. Həmin şagirdlər diqqətini dərsə verə, bir yerdə otura, kitab oxuya bilir. Uşaq ortaya iradə qoyur. Bunda isə ailədə gördükləri önəmli paya malikdir. Ailə uşaqla bir yerdə kitab oxuyur, onun yanında akademik işlərlə məşğul olur və uşaq da görüb-götürür".

Qohumların uşaqlara münasibəti

Təhsil mütəxəssisinin sözlərinə görə, uşaq yaşlarında formalaşdırılan vərdiş yetkinlik yaşında itə bilər: "Həssas durumlara diqqət edilməzsə, yetkinlik dövründə keçirdiyi emosional transformasiya düzgün tənzimlənməzsə, yaşadıqları hər hansı travmalar, valideynlərindən gördüyü diqqətsizlik və yaxud emosional durumlar da dərslərdə uğursuz olmasına səbəb ola bilər. Qohumların, sinif yoldaşlarının ona münasibəti dərslərindəki uğura təsir edir".

Problemli situasiya

Təhsil mütəxəssisi deyir ki, məktəb fənlərində uğursuz nəticə göstərən uşaqlar özlərini başqa istiqamətlərdə sınamalıdır: "Tutaq ki şagird 8-11-ci siniflərdə oxuyur, hər hansı, yaxud bütün fənlərdən uğursuzdur. Deməli, artıq özünü başqa yerdə sınamalıdır. Məsələn, idman, incəsənət və s. sahələrdə özünü yoxlamalıdır. Əgər şagird heç bir mövzuda iradə ortaya qoya bilmirsə, bu, artıq problemli situasiyadır".

Məcburiyyət yox, sevgi ilə oxumalı

Valideyn Təranə Nəbiyeva deyir ki, fikrini dərslərinə yönəltməkdə çətinlik çəkməsin deyə, övladına rahat mühit yaratmağa çalışıb, amma ona dərsləri məcburiyyət olaraq anlatmayıb: "Mən özüm də pedaqoqam, bilirəm ki, dərs oxumaq məcburiyyətlə olmaz. Biz uşağa sakit mühit yaradırıq, otağında rənglərin gözoxşayan olmasına, stolunun, stulunun rahatlığına və s. fikir veririk. Ancaq "bütün fənləri yaxşı oxumalısan" deyib üstünə getmirik, başının üstündə durub məcbur dərs oxutmuruq. Ümumiyyətlə, bizim evdə "bu qiyməti almalısan" kimi söhbətlər də olmur. Amma dərslərini oxuyur, qiymətləri də yaxşıdır. Məcburiyyət yox, sevgi ilə oxumalı, dərslərə həyatın bir parçası kimi baxmalıdır".

Oxumağa maraq yaratmaq

Təranə xanım bildirdi ki, onun övladı kitab oxumağa maraqlı deyilmiş, ancaq o, qızına bunu əyləncəli formada aşılayıb: "Hələ məktəbdən öncə bilirdim ki, qızımın marağı riyaziyyatadır, mətn oxumaq istəmir. Məktəbə getdiyində müəlliminə dedim ki, övladımın qabiliyyəti riyaziyyatadır, qiymət üçün üstünə getməyək. Oxumağı ona sevdirəcəyəm. Kitab mağazalarına aparmaqla başladım. Bir yerdə kitab mağazasına getdik, fərqli-fərqli kitablar aldıq. O özünə, mən özümə. Kitab oxumaq üçün olan kafelərə getdik, orda oxuduq. Əyləncəli formada başladıq. Sonra kitabı alıb evə gətirdik, indi evdə oxu saatları var. Həmin vaxt evdə telefon, televizor, kompüter bağlanır. Hərə öz kitabını oxuyur. Sonra bir-birimizlə oxuduğumuz kitabı müzakirə edirik. İndi də kitaba olan marağının ölməməyi üçün çalışıram. Eyni vaxtda kitab alırıq, deyirik ki, görək kim tez bitirəcək".

Uşaq xoşbəxt deyilsə...

T.Nəbiyevanın sözlərinə görə, uşağın dərslərinə yanaşmasında xoşbəxt olması da önəmlidir: "Uşaqlığını uşaq kimi keçirməli, marağı olan əyləncələrdən məhrum edilməməlidir. Uşaq xoşbəxt deyilsə, psixologiyası da yerində olmur və fikrini də dərsə verə bilmir"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1079   Tarix: 25 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr