Yeni il ərəfəsində hotellərdə QİYMƏTLƏR
Yeni il bayramı ilə bağlı regionlarda yerləşən hotellərdə və əyləncə mərkəzlərində qiymətlər 40 faizə qədər bahalaşıb.
Bunu Trend-ə turizm üzrə ekspert Ceyhun Aşırov deyib.
Ekspert qeyd edib ki, Yeni ili qarşılamaq üçün əksər insanlar regionlara üz tuturlar, bu da hotellərin dolmasına səbəb olur
"Bilirsiniz ki, bu il də pandemiya ilə əlaqədar olaraq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq olunur. Məsələn, qonaq sayı 150-dən artıq olmamalıdır, ara məsafələri saxlanmalıdır. Ona görə də yeni il şənlikləri kimi kütləvi tədbirlər keçirə bilən məkanların da sayı o qədər çox deyil. Bu baxımdan tələbat artdığı üçün Yeni il bayramı günlərində hotellərdə bir qədər yüksək qiymətlər görə bilərik.
Hazırda rayonlardakı hotellərdə gecələmə və yeni il şənliyinə qatılma üçün iki nəfərlik paketin qiyməti 800, 1500, 1700 və hətta 2000 manata qədər dəyişir. Paketə daxil olan xidmətlərə, şou proqramlara görə qiymətlər də fərqlidir. Ancaq yeni il şənliklərindən sonra qiymətlər stabilləşəcək", - deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1006 Tarix: 27 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu
Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021