Bakı Zooparkında şir balası dünyaya gəlib - FOTO
Bu yaxınlarda Bakı Zooloji Parkında yaşayan şirlərd'n birinin balası dünyaya gəlib.
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şəraiti ilə tanış olub.
Anası təcrübəsiz olduğundan və balasına baxa bilmədiyind'n yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.
Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yerləşən şirlərin sayı 5-ə çatıb.
Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı cari ilin oktyabr ayında qapılarını yenidən ziyarətçilərə açmışdır. Zooparkda saxlanılan heyvanlar üçün daha rahat volyerlər, akvaterrarium, kontakt zooparkı, suni göl və hovuzlar və baytarlıq klinikası inşa edilib. Heyvanların saxlandığı volyerlər hər növün özünəməxsus ehtiyacları nəzərə alınaraq hazırlanıb və sahəsi kifayət qədər genişləndirilib.
Bakı Zooparkının yalnız görünüşü deyil, həm də məram və yanaşmasının yeni olduğu xüsusi ilə qeyd edilməlidir. Belə ki, zooparkının əsas məqsədi insanlar üçün canlı aləm, xüsusən də Azərbaycanın nadir faunası haqqında məlumat əldə edə biləcəkləri tədris, tədqiqat və konservasiya mərkəzinə çevrilməsindən ibarətdir. Bu xüsusda, Azərbaycanın Qırmızı Kitabına daxil olan növlərin təbii populyasiyaların artırılması və reintroduksiyası baxımından, burada heyvanların artırılması üçün əlverişli şərait yaradılıb./Oxu.az

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Pensiyalar bu tarixdə ödəniləcək
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Qızıl və gümüş bahalaşıb
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı