Bu il itirdiyimiz sənət adamları...

Bu il itirdiyimiz sənət adamları...Artıq sabah yeni il qədəm qoyuruq. Geridə qalan il həm xoş, həm də kədərli günlərlə yadda qaldı.

Sonxeber.az qafqazinfo-ya istinadən 2021-ci ildə sənət aləmində yaşanan itkiləri təqdim edir:

Belə ki, yanvarın 4-də Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli 59 yaşında ürəktutmadan dünyasını dəyişib.

13 yanvar - Əməkdar artist İsmayıl Ələkbərov 81 yaşında koronavirusdan vəfat edib.

10 fevral - Əməkdar artist, aktyor Əlican Əzizov 69 yaşında vəfat edib.

22 fevral - Xalq artisti, müğənni Yalçın Rzazadə uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

22 fevral - müğənni Xatun Əliyevanın stilist qardaşı Balaş dünyasını dəyişib.

10 mart - Xalq rəssamı Mirnadir Zeynalov 78 yaşında dünyasını dəyişib.

18 mart - aktyor Ramiz Hüseynzadə 42 yaşında beyin qansızmasından vəfat edib.

21 mart - Xalq artisti, aktyor Ramiz Məmmədov 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

5 aprel - aktyor Fikrət Məmmədov 65 yaşında dünyasını dəyişib.

5 aprel - Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

8 aprel - Əməkdar incəsənət xadimi, Azərbaycan Televiziyasının rejissoru Məhərrəm Bədirzadə 76 yaşında dünyasını dəyişib.

12 aprel - Əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev 73 yaşında vəfat edib.

14 aprel - Azərbaycanın yeganə keçəçi-rəssamı Rauf İsmayılov 63 yaşında koronavirusdan vəfat edib.

14 aprel - qarmon ifaçısı Nəbi Məmmədov 31 yaşında koronavirusdan vəfat edib.

16 aprel - Xalq artisti, kinorejissor Eldar Quliyev 80 yaşında ürəktutmadan vəfat edib.

20 aprel - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq Ramiq Muxtar 78 yaşında vəfat edib.

21 aprel - aktyor Ələsgər Qurbanəliyev 73 yaşında koronavirusdan dünyasını dəyişib.

26 aprel - Əməkdar artist, müğənni Baloğlan Əşrəfov 69 yaşında koronavirusdan dünyasını dəyişib.

27 aprel - Əməkdar mədəniyyət işçisi, xanəndə Sərdar Əvəzoğlu 62 yaşında koronavirusdan vəfat edib.

4 may - müğənni Aslan Hüseynov 55 yaşında avtomobil qəzasında vəfat edib.

5 may - Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

7 may - Xalq artisti, aktyor Arif Quliyev 70 yaşında koronavirusdan vəfat edib.

7 may - Xalq şairi Musa Yaqub 83 yaşında uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

20 may - Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov 80 yaşında vəfat edib.

21 may - Xalq rəssamı Tahir Salahov 92 yaşında Almaniyada vəfat edib.

28 may - Əməkdar artist, müğənni Zöhrə Abdullayeva 68 yaşında sklerodermiyadan dünyasını dəyişib.

29 may - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əziz Musa 70 yaşında vəfat edib.

2 iyun - aparıcı Şamil Familli ürəktutmadan dünyasını dəyişib.

2 iyun - Əməkdar artist, gitara ifaçısı Emil Həsənov 61 yaşında vəfat edib.

9 iyun - Xalq artisti, rejissor Ramiz Əzizbəyli 72 yaşında koronavirusdan vəfat edib.

12 iyun - aktyor Mehman Məmmədov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

22 iyun - kinorejissor, ssenarist Çingiz Rəsulzadə 49 yaşında dünyasını dəyişib.
19 iyul - Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin köməkçisi Zemfira Babayeva uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.

24 iyul - Xalq artisti, müğənni Səməd Səmədov 74 yaşında koronavirusdan vəfat edib.

14 avqust - Xalq artisti, aktyor Vaqif Əliyev 81 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

19 avqust - gənc xanəndə Tuqay İsmayılov 35 yaşında vəfat edib.

30 avqust - Azərbaycanın və Rusiyanın Əməkdar artisti Mutay Xadulayev 80 yaşında koronavirusdan dünyasını dəyişib.

31 avqust - Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova 93 yaşında vəfat edib.

31 avqust - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əhməd Oğuz 59 yaşında vəfat edib.

3 sentyabr - Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova 57 yaşında koronavirusdan dünyasını dəyişib.

3 sentyabr - Xalq rəssamı, heykəltəraş Arif Qazıyev 84 yaşında vəfat edib.

14 sentyabr - Xalq artisti, müğənni Yaqub Zurufçu 65 yaşında koronavirusdan vəfat edib.

15 sentyabr - Əməkdar artist Çiçək Rzayeva 77 yaşında vəfat edib.

16 sentyabr - Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Məmmədov 74 yaşında vəfat edib.

26 sentyabr - Əməkdar incəsənət xadimi, bəstəkar Adil Bəbirov 87 yaşında Kanadada dünyasını dəyişib.

27 sentyabr - Xalq artisti, əfsanəvi "Qaya" estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri Teymur Mirzəyev 85 yaşında İsraildə dünyasını dəyişib.

27 sentyabr - Əməkdar rəssam Zaur Kantemirov 79 yaşında koronavirusdan dünyasını dəyişib.

30 sentyabr - müğənni Səyyad Əlizadə 63 yaşında koronavirusdan vəfat edib.

5 oktyabr - Xalq artisti, rejissor Vaqif Şərifov 78 yaşında dünyasını dəyişib.

8 oktyabr - Xalq artisti, rejissor Ağakişi Kazımov 85 yaşında dünyasını dəyişib.

22 oktyabr - Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında dünyasını dəyişib.

8 noyabr - rəssam Abbas Kazımov Rusiyanın Moskva şəhərində 65 yaşında koronavirusdan vəfat edib.

9 noyabr - Əməkdar artist, tarzən Firudin Ələkbərov 100 yaşında ürək çatışmazlığından vəfat edib.

13 noyabr - memar və rəssamı, "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinin sahibi Rasim Əliyev 87 yaşında vəfat edib.

16 noyabr - Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib.

19 noyabr - aparıcı, xalq təbabətinin bilicisi Fikrət Musayev 63 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.

26 noyabr - diktor Lyudmila Nəzərli koronavirusdan vəfat edib.

30 noyabr - nağara ifaçısı Gülağa Quliyev 63 yaşında dünyasını dəyişib.

18 dekabr - Naxçıvan MR-in Əməkdar artisti, aktyor Vüsal Rzayev 53 yaşında vəfat edib.

20 dekabr - Əməkdar artist, aktyor Elşən Çarhanlı 59 yaşında vəfat edib.

25 dekabr - mərhum Xalq artisti Eldəniz Zeynalovun aktyor oğlu Məmməd Zeynalov böyrək çatışmazlığı və ağciyər xərçəngi xəstəliklərindən vəfat edib.

27 dekabr - Əməkdar artist Zilli Namazov 70 yaşında dünyasını dəyişib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3541   Tarix: 30 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksiz vəziyyətd

10 noyabr
.

Azərbaycanın üçrəngli bayrağı: istiqlal tariximiz, milli kimliyimiz və dövlətçilik qürurumuz

Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuz

9 noyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

9 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?

Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir

10 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr