Azərbaycanda ilin idmançısı kim olmalıdır? - Bu dəfə atletlərin özləri seçdi
Azərbaycan idmançıları bu il bir sıra mötəbər turnirlərdə iştirak etdilər. Təbii ki, ilin yarışı Tokioda keçirilən Yay Olimpiya Oyunları idi. İdmançılarımız bu yarışda az məhsuldarlıq nümayiş etdirsələr də, digər turnirlər vasitəsilə bu uğursuzluğu az da olsa unutdura bildilər.
Bəs Azərbaycanda ilin idmançısı olmağa kim layiqdir? Oxu.Az bu sualla idmançıların özlərinə müraciət edib:
Hacı Əliyev (sərbəst güləş): "Mənim fikrimcə, İrina Zaretskaya və Rafiq Hüseynov bu ada layiqdir. Amma ədalət naminə qeyd etməliyəm ki, İrina bu il həm dünya çempionu oldu, həm də Olimpiadada ikinci yerə çıxdı. Ona görə də seçim etməli olsam, İrina variantını seçərdim".
Rafiq Hüseynov (yunan-Roma güləşi): "Yunan-Roma güləşçisi Sənan Süleymanovu görürəm. O bu il Avropa üçüncüsü və dünya ikincisi olub. Həmçinin qadın güləşçimiz Mariya Stadnik də Avropa çempionu və Olimpiya üçüncüsü olduğu üçün bu ada layiqdir. Bir nəfəri seçməli olsam, Sənan Süleymanovun adını qeyd edərdim".
Rəsul Çunayev (yunan-Roma güləşi): "Birmənalı şəkildə Rafiq Hüseynovu qeyd edərdim".
Elis Manolova (qadın güləşi): "Mariya Stadnik".
İrina Kindzerskaya (cüdo): "Mariya Stadnik. O yaşda dördüncü dəfə Olimpiya medalı qazanmaq asan deyil".
Rüstəm Orucov (cüdo): "Rafiq Hüseynov, Hacı Əliyev və Rafael Ağayevi qeyd edərdim. Bu üçlük ilin idmançısı seçilməlidir. Əsas yarış Olimpiadadadır. Orda yer tutanlar ilin idmançısı olmağa layiqdir. Ancaq bir nəfəri seçməli olsam, Rafiq Hüseynovun adını çəkərdim. Çünki bu il o həm dünya çempionu oldu, həm də Olimpiya medalı qazandı".
Milad Beiqi (taekvondo): "Rafael Ağayev".
Rafael Ağayev (karate): "İrina Zaretskaya. Bu il dünya və Avropa çempionu oldu, Olimpiya ikincisi kimi gümüş medal qazandı".
İrina Zaretskaya (karate): "Ölkənin yüksək səviyyəli idmançıları arasında mənim çoxlu dostlarım var: Bunlar Rafael Ağayev, Mariya Stadnik, İrina Kindzerskaya, Hacı Əliyev və Rafiq Hüseynovdur. Ancaq ən yaxşı kimi bir adamın adını çəkə bilmərəm".
Əfran İsmayılov (futbol): "Hacı Əliyev. Olimpiadada yapon güləşçiyə uduzması üzücü olsa da, mən onu seçirəm".
Eduard Məmmədov (kikboksinq): "Mənə elə gəlir ki, Rafiq Hüseynov bu ada layiqdir. Həm dünya çempionu oldu, həm də Olimpiadada üçüncü yerə çıxdı".
Zabit Səmədov (kikboksinq): "Hacı Əliyev. O, güləşəndə mən həyəcan keçirirdim. Məncə, o, layiqdir".
Beləliklə, sorğudan sonra nəticə belə alındı: İrina Zaretskaya - 2, Sənan Süleymanov - 1, Rafiq Hüseynov - 3, Mariya Stadnik - 2, Rafael Ağayev - 1, Hacı Əliyev - 2. Rafiq Hüseynov ən çox səs toplayan idmançımız oldu.
Qeyd edək ki, Rafiq Hüseynov bu il Norveçin paytaxtı Osloda dünya çempionu olub, ilk dəfə iştirak etdiyi Olimpiadada bürünc medal qazanıb.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 1447 Tarix: 31 dekabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
1 noyabr"Fənərbağça" müvəqqəti baş məşqçisi ilə bağlı qərarını verdi
"Fənərbağça" müvəqqəti baş məşqçi Dirk Kuytla yollarını ayırıb. Niderlandlı mütəxəssis İsmail Kartal baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra komandanın sükanı arxasına keçmiş və "Liverpul" üzərində tarixi qələbədə mühüm rol oynamışdı. "A Spor"a istinadən xəbər verir ki
8 noyabrAzərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
Azərbaycan deflimpiyaçıları Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan karatenin şotokan növü üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib. WSF versiyası üzrə keçirilən yarışda Aytən Qədirova (kata), Hikmət Ağaye
2 noyabr"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb
"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb. Bu barədə -a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib. Müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C Liqasında noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb. Qeyd edək ki, Moldova seçməsi noyabrı
6 noyabrUEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da star
4 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabr"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabr"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb
"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 27 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, Mayk Ertel 2026-cı ildən "Sabah"da çıxış edirdi
8 noyabr"Barselona" Alexandro Baldeni satmağa hazırdır
İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır. "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir. Klub qış "transfer pəncərəsi"nd
2 noyabr