UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Sonxeber.az report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
"Sabah" daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin "Mançester Yunayted" (0:4) və Almaniyanın "Borussiya" (Dortmund) klublarına uduzub - 1:2. Azərbaycan çempionu Çexiyanın "Slaviya" komandasını 2:0 hesabı ilə məğlub edib.
"Vikinq" isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə "Aston Villa"ya, Almaniyada "Ştutqart"a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi "Bavariya" ilə bərabərə qalıb - 3:3.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 318 Tarix: 04 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rafinya UEFA Çempionlar Liqasında Neymar və Rivaldonu geridə qoyub
İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb. xəbər verir ki, 29 yaşlı hücumçu buna "Aston Villa"nı məğlub etdikləri (3:0) Liqa mərhələsinin IV turunun oyununda nail olub. Görüşdə dubl edən braziliyalı forvard Kataloniya təmsilçisini
4 noyabrKriştiano Ronaldo millidən AYRILDI
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo Portuqaliya millisindəki çıxışını başa vurduğunu bəyan edib. xəbər verir ki, 41 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin üzvü olub
5 noyabr"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb
"Sabah" basketbol klubu oyunçusu Mayk Ertel ilə vidalaşıb. Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 27 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Qeyd edək ki, Mayk Ertel 2026-cı ildən "Sabah"da çıxış edirdi
8 noyabrAleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15 noyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabrUkrayna Məsut Özili ittiham etdi
Ukrayna "Real" klubunun və Almaniya yığmasının türk əsilli sabiq futbolçusu Məsut Özili "Ukraynaya qarşı təcavüz aktlarında iştirak etməkdə" ittiham edib. xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, buna səbəb futbolçunun son açıqlaması olub. Bel
9 noyabr