Həbsxanadan çıxanlar niyə yenidən ora qayıtmaq istəyir? - ARAŞDIRMA

Həbsxanadan çıxanlar niyə yenidən ora qayıtmaq istəyir? - ARAŞDIRMAMəhbəsdən çıxıb azadlıqda həyatını başlaya bilməyənlər ciddi problemə çevrilirlər. Həbsxanaya düşən şəxslərin bir çoxunda artıq vərdişlər formalaşır. Belələri azadlıqda çox qala bilmir, həbsdən çıxandan qısa müddət sonra yenidən cinayət törədirlər.

"Arxadan vurulan zərbə" filminin qəhrəmanlarından olan Hamlet Xanızadənin yaratdığı İmaş rolu filmi izləyənlərin yaxşı yadındadır. Oğurluq üstə tutulan, həbsdən sonra keçmiş həyatı ilə azadlığı arasında seçim etməkdə çətinlik çəkən, nəhayət, xeyirxah əllərin köməyi ilə işə düzəlib normal həyata qayıdan insandır. Məhbəsdən çıxıb yenidən həyatını başlamaq istəyənlər üçün misal ola biləcək obrazdır. Yetər ki, məhkumluqdan azad olan şəxslər İmaşın həyatından da xəbərdar olsunlar, etdikləri cinayəti yenidən təkrarlamasınlar. Amma təəssüf…

Mövzu ilə bağlı "Kaspi" qəzetinin yazısını təqdim edirik:

15 dəqiqə keçməmiş

Yaxınlarda Cəlilabad rayonunda baş verən qətl hadisəsinin də, Şəki rayon sakininə məxsus avtomobilin şəhər ərazisindən qaçırılmasının da yenicə azadlığa çıxan şəxslər tərəfindən törədilməsi məlumatları yayıldı. Qonşusunu bıçaqla qətlə yetirən şəxs azadlığa çıxandan bir neçə gün sonra, avtomobili qaçıran isə məhbəs divarları ilə vidalaşandan cəmi 15 dəqiqə sonra yenidən cinayət əməlinə əl atıb. Faktlarını sadalamadığımız oxşar hadisələrin çoxluğunu nəzərə alsaq, böyük bir problemlə üz-üzəyik. Həbsxanadan çıxan insanlar azadlığın dadından xəbərsizmiş kimi yenidən cinayət törədirlər. İstər-istəməz "Keçmiş məhbusları təkrar cinayətə hansı amillər sürükləyir? Bu geniş dünyanı onlara zindan edən nədir? Keçmiş əməllərin üzərindən xətt çəkib yeni həyata başlamaq çoxmu çətindir?" kimi suallar yaranır.

Yenidən köhnə həyata…

Həbsxananı heç də həmişə islah düşərgəsi hesab etməyənlər az deyil. Bu baxımdan, məhbəs divarları arasına düşən hər kəsin islah olunmasını gözləmək yanlış gözlənti sayılır: "İnsanın bu və ya digər qanunsuz əməl etməsi bir çox faktorla bağlıdır. Həbsxanaya düşən şəxslərin bir çoxunda da artıq formalaşmış vərdişlər vardır"- deyə hüquq müdafiəçisi Əliməmməd Nuriyevvurğulayır: "Yəni şəxsin qanunsuz əmələ meyilliliyi o həddə çatır ki, o, cinayət edir və nəticədə məsuliyyətə cəlb edilir, sonra da həbsxanaya düşür. Cəzaçəkmə müəssisələrində fərqli bir mədəniyyət var. Buna submədəniyyət deyilir. Cəzaçəkmə müəssisələrində daha çox qalmaq, şübhəsiz ki, kriminal vərdişlərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Bundan imtina etmək o qədər də asan olmur. İlk növbədə böyük iradə lazımdır. Həbsdən çıxandan sonra cəmiyyət, ailə yaxınları onu necə qarşılayacaq - bu, çox ciddi faktordur. Bir çox hallarda cəmiyyət onlara atılmış kimi baxır, ailə onları qəbul etmir. Belə olan halda həmin şəxslərin bəziləri yenidən köhnə həyata qayıtmaq istəyir. O baxımdan da burda bir çox mənəvi-psixoloji faktorlar var".

Məhkumların məşğulluğu

Ə.Nuriyevin fikrincə, problemin aradan qaldırılması üçün müvafiq şərait təmin edilməlidir: "Eyni zamanda, sosial adaptasiya ilə əlaqədar fəaliyyətlər də həyata keçirilmir. 2007-ci ildə qanun qəbul edilsə də, sosial-reabilitasiya mərkəzləri hələ də istifadəyə verilməyib. Azərbaycan hökuməti, Penitensiar Xidmət, Ədliyyə Nazirliyi bu istiqamətdə çalışır. Cəzaçəkmə müəssisələrində peşə və orta məktəblər fəaliyyət göstərir. Bu məktəblərin yeni konsepsiyasının qurulmasına ehtiyac var. Burada yeni peşələrin tədris edilməsi, Təhsil Nazirliyinin bu barədə təxirəsalınmaz qərarlar qəbul etməsi yaxşı olardı. Neçə illərdir ki, biz bunu deyirik. Məhkumların məşğulluğu ilə bağlı məsələnin genişləndirilməsinə ehtiyac var. Düzdür, Ədliyyə Nazirliyi daxili imkanlarını səfərbər edir. Bəzi cəzaçəkmə müəssisələrində məşğulluq faizi 25 faiz, orta məşğulluq bütövlükdə 7-14 faizdir. Məcburi əmək qadağan olunub. Məhkumlar könüllü olaraq işləməyi qəbul edirlər. Hökumətin bu istiqamətdə qərar qəbul etməsi vacibdir ki, məşğulluq genişləndirilsin. Cəzaçəkmə müəssisələrində müxtəlif peşələrin yaranması, məşğulluğun artırılması istiqamətində işlər həyata keçirilməlidir. Bu, onların kriminal vərdişlərdən yayınmasına kömək göstərə bilər. Onlar azadlığa çıxanda uyğun iş tapa bilərlər, yaşamaq imkanları olar". Ə.Nuriyev qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ədliyyə Nazirliyi məhkumların cəzasının başa çatmasına az qalmış onlarla sosial iş aparır, hansı istiqamətdə çalışmaları ilə bağlı müzakirələr edir və onları qeydə alır. Belə ki, azadlığa çıxandan sonra onlara məşğulluq idarələri tərəfindən müəyyən işlər təklif olunur: "Müraciət edənlərin 73 faizi işlə təmin olunur. Amma müraciət etməyənlər də var. Bu da onunla bağlıdır ki, onlara 4 ay müddətinə 1000 AZN məbləğində müavinət verilir".

Azadlığın ağır yükü

Ə.Nuriyev qeyd edir ki, submədəniyyətin bütövlükdə xilas olması üçün çoxsaylı proqramların hazırlanmasına ehtiyac var. Vətəndaş cəmiyyəti də bu məsələlərdə yaxından iştirak etməlidir: "Hər yükün dövlətin üzərinə qoyulması düzgün deyil. Biz birlikdə işləməliyik. Onda daha yaxşı nəticələr əldə etmək olar. Azadlığa çıxanların 5-7 faizi yenidən cinayət edərək cəzaçəkmə müəssisələrinə qayıdır. Bu proses bütün dünyada, o cümlədən Azərbaycanda baş verir. Bəzi hallarda sosial problemlərin mövcudluğu, bəzi hallarda yeni bir mədəniyyətə daxil olmaları onlara təsirsiz ötüşmür. Nəticədə, həbsxanadan çıxmış şəxs öz yerini yalnız həbsxanada görür. Adamlar var ki, onlar üçün azadlıq bəlkə də ağır yükə çevrilir".

Reabilitasiyaya ehtiyac

Məsələnin psixoloji kökü daha dərindir. Cəzaçəkmə müəssisələrindəki insanların yalnız məhbəs divarları arasında deyil, həmçinin azadlığa çıxandan sonra da reabilitasiyaya ehtiyacları var. Psixoloq Elnur Rüstəmlihesab edir ki, Azərbaycanda cinayət edənlərin böyük bir qismi təkrar cinayət törədən insanlardır: "Şəxsin törətdiyi cinayət əməlinə qiymət veriləndən sonra islah-əmək düşərgəsinə göndərilir. Orda islah olunur, əməyə cəlb edilir. Müddət bitəndən sonra azadlığa çıxır. İslah əmək düşərgəsində onlarla reabilitasiya işi aparılmalıdır. Dünya ölkələrində bu reabilitasiya işi məhbusun azadlığa çıxmasına 3-5 ay qalmış artıq həyata keçirilir. ABŞ-da onlar əməyə də cəlb olunur. Müəyyən şirkətlər var ki, işçi qüvvəsi çatışmadığından həbsxanalarla müqavilə bağlayırlar. Məhbuslar da orada işləyir. Həm pul qazanır, həm də faydalı olurlar. Şübhəsiz ki, bu, bütün məhbuslara şamil edilmir".

İşlək mexanizm zərurəti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində məhbusların reabilitasiya mərkəzi fəaliyyət göstərir. Bu mərkəz şəhərdən kənardadır və bütün məhbusları əhatə edə bilmir: "Məhbusların bir qismi azadlığa çıxandan sonra iş tapmaqda, cəmiyyətə, hətta ailəyə adaptasiya olmaqda çətinlik çəkirlər. Onların bir qismi azadlığa çıxanda artıq ailədə problem yaranır – kimisinin həyatında boşanma prosesi baş verir, kimisində dərin maddi problemlər olur. Bununla bağlı reabilitasiya proqramları həyata keçirilməlidir. Təəssüf ki, bizim bu istiqamətdə ciddi problemlərimiz var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3259   Tarix: 31 dekabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr