Bu ölkədə komendant saatı tətbiq edildi - Şəhərlərə giriş və çıxış bağlandı - VİDEO
Qazaxıstanın Mangistau vilayətində və Almatı şəhərində komendant saatı tətbiq edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Bildirilir ki, etirazların aktiv keçirildiyi Almatı şəhərinə hazırda giriş və çıxış qadağandır.
Komendant saatı axşam saat 23:00-dan səhər saat 7:00-a qədər davam edəcək.
Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-dən Janaozen, Manqistau vilayətləri başda olmaqla bir sıra yaşayış məntəqələrində başlayıb. Sakinlər maye qazın dəyərinin kəskin artmasına etiraz ediblər. Belə ki, ölkədə maye qazın dəyəri 60 təngədən 120 təngəyə qaldırılıb. Qazaxıstan hökuməti Manqistau vilayətində maye qazın qiymətinin 1 litr üçün 50 təngəyə (0,11 dollara və ya 20 qəpik - red.) endirsə də etirazlar davam edir.
Son məlumata görə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir.
Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1917 Tarix: 05 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı
Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər
19 iyulDünyanın ortasındakı nəhəng qoruyucu maneə: Ekvatorda fırtına niyə olmur?
Dünya xəritəsinə baxdıqda okean sahillərini dağıdan nəhəng qasırğaların, tayfunların və siklonların ekvator xəttinin yaxınlığından belə keçmədiyi görünür. Meteorologiyada ən güclü atmosfer hadisələri hesab olunan bu fırtınalar sanki planetin tam ortasında görünməz bir maneə ilə qarşılaşır. Qaynarinf
20 iyulFransada tıxacların uzunluğu rekord həddə çatıb
Fransada iyulun 18-də avtomobil tıxaclarının ümumi uzunluğu 708 kilometrə çatıb. xəbər verir ki, bu barədə "Sortiraparis" portalına istinadən məlumat yayılıb. Ən ciddi tıxaclar cənuba doğru istiqamət alan və Rona vadisindən keçən A7 avtomagistralında müşahidə olunub - burada tıxacın uzunluğ
19 iyulCNN: ABŞ Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi yolunu açır
ABŞ Prezidenti Donald Trampın administrasiyası Səudiyyə Ərəbistanı ilə ölkə daxilində uranın məhdud zənginləşdirilməsinə və plutoniumun emalına icazə verilməsini nəzərdə tutan ilkin razılaşma əldə edib. "Report" xəbər verir ki, bu barədə CNN mənbələrə və sənədlərə istinadən yazıb. "B
19 iyulOkeanın dibinsə milyardlarla qiymətli "kartof": Qeyri-adi daşlar nədir?
Sakit okeanının dibində, Havay adaları ilə Meksika arasında yerləşən ərazidə kobalt, nikel, mis və manqanla zəngin nəhəng polimetallik konkresiya yataqları aşkar edilib. Qaynarinfo "Antena 3"ə istinadən xəbər verir ki, bu metallar elektromobillərin, batareyaların, külək turbinlərinin, günə
20 iyulRekord isti bir həftədə 3 mindən çox insanı öldürdü
İyunun sonlarında, 22-dən 28-dək davam edən isti hava dalğası zamanı Fransanın İl-de-Frans bölgəsində təxminən 300 insan ölüb. Bu rəqəm normal ölüm nisbətindən iki dəfə çoxdur. bildirir ki, "Le Monde" qəzeti bu barədə Fransa Milli Səhiyyə Agentliyinin məlumatlarına istinadən açıqlama yayıb
19 iyul