İki deputatımız Qazaxıstandakı hadisələrə münasibət bildirməkdən imtina etdi
Qazaxıstanda baş verən hadisələr Azərbaycanda da diqqətlə izlənilir. Hazırda mətbuatın və sosial şəbəkələrin əsas müzakirə mövzusu Qazaxıstandır.
Məsələnin aktuallığını nəzərə alıb Oxu.Az olaraq Milli Məclisin Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidova müraciət etdik.
Amma deputat Qazaxıstanda baş verən hadisələrə münasibət bildirməkdən yayındı.
Deputat saytımızın sualını cavabsız qoyub, daha sonra isə telefon zənglərinə cavab verməyib.
Qrupun üzvü Sahib Alıyev isə cəmi üç cümlə ilə münasibət bildirib:
"Mən yalnız onu deyə bilərəm ki, Qazaxıstanda heç də yaxşı hadisələr baş vermir. Yalnız təəssüf edirəm. Başqa şərh vermək istəmirəm", - deyə Sahib Alıyev bildirib.
Qeyd edək ki, Qazaxıstanda yeni ilin ilk günündən maye qaz qiymətlərinin ikiqat bahalaşması ölkədə kütləvi etirazlarla qarşılanıb.
Etirazlar Nursultan, Almatı, Aktobe, Çimənkənddə baş verib.
Hakimiyyət qiymətlərin aşağı salınacağını bildirsə də və hökuməti istefaya göndərsə də, bu, etirazçıları qane etməyib.
Yanvarın 5-də Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayev postunu tərk edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək hərbi təşkilatdan yardım istəyib.
Bəzi ekspertlər baş verənləri xarici qüvvələrin təhriki kimi dəyərləndirir, digərləri isə sırf sosial etiraz kimi xarakterizə edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1357 Tarix: 06 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabr