Nömrəsiz maşın sürənlərin NƏZƏRİNƏ: DYP xəbərdarlıq etdi - VİDEO
Avtomobilin dövlət nömrə nişanını çıxarmaqla yanaşı sayrışan işıqlardan istifadə etməklə nəqliyyat vasitəsinin idarə edilməsi digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb. Belə ki, NAZ "Lifan" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxarıb.
Sürücünün bu davranışı isə digər hərəkət iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, zaman-zaman bəzi sürücülərin nəqliyyat vasitəsinin dövlət nömrə nişanını çıxararaq hərəkət etdiklərinin şahidi oluruq:
"Ayrı-ayrı şəxslərin idarə etdikləri nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanını çıxararaq, yol hərəkətində iştirak etməsi qanunla yolverilməzdir. Bu kimi əməllərə yol verənlərin əsas məqsədi yol hərəkəti qaydalarını pozduqları zaman, yollarda olan xüsusi texniki vasitələrdən yayınmaqdır. Bu da öz növbəsində qayda pozuntusu və digər hərəkət iştirakçılarının hüquqlarının pozulması deməkdir.
Bununla yanaşı qanunlara qarşı ciddi hörmətsizlikdir. Digər tərəfdən isə bəzən dövlət tərəfindən imtiyazlı şəxslərə verilmiş nəqliyyat vasitələrinə qanunla qadağan olunmuş örtüklər çəkilmiş, dövlət qeydiyyat nişanı çıxarılmış vəziyyətdə, eləcə də sayrışan işıq cihazlarından istifadə edilməsi hallarına rast gəlinir. Bu da öz növbəsində cəmiyyətdə birmənalı qarşılanmır. Haqlı olaraq digər hərəkət iştirakçılarının narazılıqlarına və yersiz mübahisələrə səbəb olur. Odur ki, hər bir sürücü qayda pozuntusunun mahiyyətini düzgün başa düşməli, nəqliyyat vasitəsini qanunların tələbinə riayət etməklə idarə etməli, qanunlara və digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1467 Tarix: 06 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021