Bahalı maşınları ilə gündəmə gələn keçmiş məmur yenidən həbs edilib
Əvvəllər də məhkumluq həyatı yaşamış Göyçay rayon İcra Hakimiyyətinin şöbə müdiri Səməd Cəbrayılov yenidən həbs edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən bildirir ki, Göyçay Gənclər Evinin də sədri olmuş Cəbrayılov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il azadlıqdan məhrum edib.
Qeyd edək ki, hökm bir müddət öncə çıxarılıb. Lakin S.Cəbrayılov apellyasiya şikayəti üçün gecikdiyindən müddətin bərpasına görə yenidən məhkəməyə müraciət edib.
Xatırladaq ki, S.Cəbrayılovun adı əvvəllər dələduzluq və oğurluqda hallanıb. 2019-cu ildə Göyçay rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun ortağına məxsus təsərrüfatdan oğurluq edən S.Cəbrayılov həbs edilib. Sonradan azadlığa çıxan Səməd Cəbrayılov növbəti dəfə bıçaqlanma hadisəsi ilə gündəmə gəlib. Belə ki, 2020-ci ildə o, yaşadığı evin qarşısında bıçaqlanıb. Təcili xəstəxanaya çatdırılan Cəbrayılovun həyatı xilas edilib.
Rayonda sürdüyü bahalı maşınlarla hər zaman diqqətdə olan Səməd Cəbrayılov barəsində tez-tez sosial şəbəkələrdə məlumatlar yayılıb. Mətbuatda onun Göyçayda, Qəbələdə və Bakıda villalara, bahalı avtomobil və obyektlərə sahib olması ilə əlaqədar fotolar, məqalələr yer alıb.
İddiaya görə, Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğludur, lakin soyadlar fərqlidir.
Lakin Daxili İşlər Nazirliyi oğurluğa görə həbs edilən Cəbrayılovun Mehdi Səlimzadə ilə qohum olmadığını açıqlayıb. Bildirilib ki, o RİH-də şöbə müdiri olarkən özünü icra başçısının qohumu kimi təqdim edərək dələduzluq edib. M.Səlimzadə tərəfindən işdə yol verdiyi nöqsanlara və vəzifəsindən sui-istifadə etdiyinə görə S.Cəbrayılov vəzifədən azad olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6764 Tarix: 06 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18 sentyabr 2021Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO
Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib
17 sentyabr 2021Azərbaycanda koronavirusa yoluxanların sayı AÇIQLANDI
Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. İndiyədə
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021