Bu il Bakıda evlərin qiyməti artacaq? - AÇIQLAMA
"Bu il də ötən ildə olduğu kimi Bakının daşınmaz əmlak bazarında qiymətlərin artacağı gözlənilir".
Bu barədə "Report"a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyib.
E.Fərzəliyev bildirib ki, bunun səbəbi həm tikinti materiallarının qiymətlərinin artması, həm də paytaxtda tikintiyə yararlı torpaq sahələrinin az olmasıdır:
"Digər tərəfdən, artıq tikinti şirkətləri daha çox istismar müddətini bitirmiş köhnə 4-5 mərtəbəli binaları söküb onların yerində yeni binalar tikirlər. Bu zaman onların qazancı əvvəlkindən daha az olur. Çünki bir binanı sökərkən tikinti şirkəti məcburən həmin binanın sakinlərinə bina tikilib təhvil verilənə qədər kirayə pulu ödəyir. Daha sonra həmin sakinlərə həmin binadan daha geniş, tam təmirli mənzil verilir. Bir 4 bloklu beşmərtəbəli binada 60 mənzil varsa, onu söküb yerində yeni bina tikəndə şirkət binadakı mənzillərin yarıdan çoxunu sakinlərə verməli, digərlərini satıb qazanc götürməlidir. Bu isə şirkətlər üçün əlverişli olmadığına görə, məcburən onlar mənzillərin kvadratmetrinə görə qiymətlərini artıracaq".
Ekspert qeyd edib ki, yeni tikili binaların altındakı obyektlərin fəaliyyətinə tətbiq edilən qadağalar da mənzillərin qiymətinin artmasına təsir edəcək:
"Eyni zamanda ötən ilin sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni tikili binaların altında bir sıra iaşə müəssisələrinin fəaliyyəti qadağan edildi, digərlərinin isə saat 23:00-a qədər işləməsinə icazə verildi. Tikinti şirkətləri daha çox binaların altındakı qeyri-yaşayış sahələrini sataraq pul qazanırdılar. Yeni qanun binaların altında ictimai iaşə fəaliyyəti üçün nəzərdə tutulan obyektlərin satışına mane olacaq. Bu da tikintilərin ümumi qiymətinə təsirsiz ötüşməyəcək.
Bu gün mənzillərin əksəriyyəti kredit yolu ilə satılır. İpoteka kreditləri və şirkətdaxili kreditlər vasitəsilə satılan mənzillərin sayı əvvəlki illərdən daha çoxdur. Bu da onu göstərir ki, mənzillərin alışına tələbat çoxdur. Tələbin çox, təklifin az olması qiymətlərə də təsir edir.
"Bu sahədə qiymətin artmaması üçün dövlətin özünün müəyyən dəstəyi olmalıdır. Tikinti şirkətləri üçün müəyyən imtiyazlar, vergidən azad olmalar tətbiq edilməli, yaxud dövlət özü hansısa formada söküntülər aparıb torpaqları satın alaraq tikinti şirkətləri üçün şərait yaratmalıdır ki, tikintilərin xərci aşağı düşsün və vətəndaşların ev problemi həll edilsin", - deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Azərbaycanda Dövlət Bayrağı Günüdür
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir