Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı, vəsiqəsi və təqaüd necə veriləcək?

Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı, vəsiqəsi və təqaüd necə veriləcək?Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adının, vəsiqəsinin verilməsi və Prezidentin təqaüdünün təyin edilməsi istiqamətində işlər aparılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qanunvericiliyə uyğun olaraq, onlara "Müharibə veteranı" adı və vəsiqəsi xidmət keçdikləri (qulluq etdikləri, işlədikləri) qurum tərəfindən veriləcək.

Həmin qurumlar (Müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və s.) onlarda xidmət keçən (qulluq edən, işləyən) və 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdırmaqla, "Müharibə veteranı" adı və vəsiqəsi verəcək.

Həmin qurumlar "Müharibə veteranı" adı və vəsiqəsi verdikləri şəxslər barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edəcək.

Yekun mərhələ kimi, həmin məlumatlar əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edəcək.

Təqaüdün təyinatı müharibə veteranının müraciəti olmadan və heç bir sənəd təqdim etmədən, e-sistem üzərindən proaktiv qaydada həyata keçiriləcək. Bu barədə, həmçinin təqaüdlə bağlı bank kartını hansı bankdan alacağı və s. haqqında sms vasitəsilə müharibə veteranlarına məlumat veriləcək.

Hansı ayda təyin edilməsindən asılı olmayaraq, təqaüd 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşın bank kartına köçürüləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2651   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Azərbaycan xalqının milli qürur və müstəqillik rəmzi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının tarixində xüsusi yeri və mənəvi əhəmiyyəti olan əlamətdar günlərdən biridir. Bu tarix xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini özündə birləşdirən üçrəngli bayrağımıza olan sonsuz ehtiramın ifadəsidir

9 noyabr