Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb
Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə "Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü"nün Bakı Bürosu tərəfindən "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinə ("Teleradio" İB) müraciət daxil olub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq "Teleradio" İstehsal Birliyindən bildirilib.
Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.
"Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib", - İB-dən bildirilib.
Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən "Teleradio" İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1099 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr