Azərbaycanda kanala düşən direktorla qızı belə xilas edildi - VİDEO
Füzuli rayonunda ibtidai sinif müəllimi Aygün İsmayılova idarə etdiyi maşını aşıraraq kanala düşüb. Bu zaman onun məktəb direktoru olan anası da avtomobildə imiş.
Sonxeber.az xəbər verir ki, dünən baş verən hadisə zamanı "Hyundai" markalı avtomobil yoldan çıxaraq ərazidən keçən Qarabağ kanalına düşüb. Nəticədə sürücü və maşında olan iki ailə üzvü boğulmaq təhlükəsi ilə üzləşib.
Maşını idarə edən şəxsin Böyük Bəhmənli 2 saylı kənd orta məktəbinin ibtidai sinif müəllimi Aygün İsmayılova olduğu bildirilir. Hadisə zamanı maşında onun azyaşlı qızı və anası da olub. A.İsmayılovanın anası Gülşən İsmayılova isə Böyük Bəhmənli kənd peşə məktəbinin direktorudur.
Ərazidə olan kənd sakinlərinin köməyi ilə hər üç şəxs boğulmaqdan son anda xilas edilib.
Faktla bağlı araşdırma aparılır (qafqazinfo).
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1828 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr