Xaçınçay su anbarı bərpa olunur
Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı bərpa olunur.
Bu barədə Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə AzTV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, 30 ilə yaxın bir müddətdə işğal altında olan anbar baxımsız vəziyyətdə saxlanıldığından və heç bir təmir-bərpa işləri görülmədiyindən yararsız vəziyyətdədir.
"Xaçınçay su anbarı 1964-cü ildə tikilib. Anbarın uzunluğu 940 metr, su tutumu isə 23 milyon kubmetrdir. İşğaldan əvvəlki dövrdə 8 min hektar torpaq sahəsinin suvarılmasında, eləcə də Ağdam şəhərinin su təminatında böyük rol oynayıb. Lakin işğal dövründə Xaçınçay su anbarında heç bir təmir işi aparılmayıb. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyinin tapşırığına əsasən bu il anbarda təmir-bərpa işləri aparılacaq. Mütəxəssislər yerində baxış keçirib, smeta-layihə işləri hazırlanıb və ərazidə minatəmizləmə işləri yekunlaşıb. Artıq tenderin keçirilməsi nəzərdə tutulur. Bəndin özündə təmir-bərpa işləri görüləcək, eyni zamanda suötürücü qapı və suaparıcı kanal beton örtüyə alınmaqla 30 kilometrlik kanalda təmir işləri aparılacaq" - H.Əzimzadə bildirib.
İdarə müdiri əlavə edib ki, bərpa işlərindən sonra anbarın su təminatı potensialı da artacaq.
"Hazırda anbardan istifadə edilmir. 23 milyon kubmetr su tutumuna malik olsa da, indi bu, 12-13 milyon kubmetrə enib. Bunun da səbəbi odur ki, heç bir iş görülmədiyindən anbar tamamilə yararsız vəziyyətə düşüb. İşlər tamamlandıqdan sonra su anbarı 2 min hektardan artıq ərazinin suvarılmasına xidmət edəcək. Bununla yanaşı idarənin balansında 327 subartezian quyusu var ki, bunlardan da 12-si tam səviyyədə bərpa olunaraq əhalinin xidmətinə verilib", - deyə o qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Pensiyalar bu tarixdə ödəniləcək
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir